Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 02 yanvar, 2022-ci il – Sevənlər bir-birini sevindirmək fürsətini qaçırmayacaq
Ulduz falı: 02 yanvar, 2022-ci il – Sevənlər bir-birini sevindirmək fürsətini qaçırmayacaq

Bizimyol.info 02 yanvar, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün başlanğıcı qızğın müzakirələr gətirəcək. Onların səbəbi bəzən sırf xırda məsələlərlə bağlı olacaq. Amma heç kim bu barədə düşünmür, çünki hər kəs özünün haqlı olduğunu sübut etməyə köklənib. Razılaşmaq olar, ancaq tərəflərdən biri digərini diqqətlə dinləsə. Bəzən belə çıxacaq ki, həqiqətən də heç bir fikir ayrılığı yoxmuş, sadəcə, olaraq anlaşılmazlıq yaranıb. Günorta saatları daha sakit, daha əyləncəli və daha xoş olacaq. Dostlarla, həmfikir insanlarla birlikdə görə biləcəyiniz maraqlı işlərin vaxtıdır. Romantik sürprizlər istisna deyil. Sevənlər bir-birini sevindirmək fürsətini qaçırmayacaqlar.

Qoç – Proqnoza görə, bu gün siz maraqlı və məsuliyyətli işlər görməli olacaqsınız - bu gün köməkdən imtina etməyin və hər şeyi özünüz etməyə çalışmayın. Əks halda özünüzü çətinə salacaqsınız. Bu gün maddi problemlər də ön plana çıxacaq - siz asanlıqla pul qazanmağı vəd edən yad insanlara etibar etməməlisiniz. Həmçinin öz sağlamlığınızın qayğısına qalmalısınız - axşam saatlarında dincəlmək və enerjinizi bərpa etmək məsləhətdir.

Buğa – Bu gün siz istedadlarınızı nümayiş etdirə biləcəyiniz hər hansı bir bir işi etibarlı şəkildə planlaşdıra bilərsiniz. Sizin istədiyinizi əldə etməyiniz üçün israrlı olmağınız lazım gələcək. Ulduzlar bu gün əyləncəyə pul tökməyi və vacib olmayan əşyalara pul xərcləməyi tövsiyə etmir - bu, büdcənizə əhəmiyyətli dərəcədə zərbə vura bilər. Bu gün oynaqların və sinir sisteminin müalicəsi üçün əlverişlidir - pəhrizinizi tərəvəz salatları üzərində qursanız əhvalınız da yaxşı olacaq.

Əkizlər – Siz bu gün yaxşı zaman keçirəcəksiniz. Bu gün Əkizlər öz peşəkar keyfiyyətlərini üzə çıxaran böyük layihələri təhlükəsiz şəkildə öhdələrinə götürə bilərlər. Bəziləri ümidsiz hesab etdikləri borcu geri ala biləcəklər. Bu gün Əkizlərin alacağı sərfəli təklif sayəsində maliyyə vəziyyətləri yaxşılaşacaq. Ümumiyyətlə, gün gərgin anlar və problemlər gətirməyəcək. Tənhalar bu gün aşiq ola bilərlər – onları romantik axşam gözləyir.

Xərçəng – Bu gün bu işarə altında doğulanlar problem yaşamamaq üçün uzun müddət təxirə salınan işləri başa çatdırmalıdırlar. Proqnoza görə, onlar maddi çətinliklərdən qaçmaq üçün bahalı əşyalar almaq həvəsindən çəkinməlidir. Bu gün sizin enerji balansınız azalacaq, ona görə də siz ciddi fiziki və ya intellektual gərginlik tələb edən hər hansı fəaliyyətdən çəkinməlisiniz.

Şir - Bu gün Şirlər üşün gərgin gün olacaq - onlar bu gün yeni layihələrə başlamamalı və mürəkkəb gündəlik problemləri həll etməməlidirlər. Tərəfdaşların yanlış məsləhətləri sizin üçün mənfi nəticələrə səbəb olacaq. Maliyyə mənzərəsi də qeyri-sabitdir - alış-verişdən imtina etmək daha yaxşıdır. Bu gün sağlamlıq üçün də əlverişsiz zamandır - əhval-ruhiyyənizdə kəskin və qəfil dəyişikliklər, baş ağrıları və ümumi pozuntular mümkündür.

Qız - Bu gün Qızlar ifadəli dildə desək, günəş altında yer tuta bilmək üçün mübarizə aparmalı olacaqlar, çünki bir neçə rəqib öz mövqeləri üçün yarışa girəcəklər. Eyni zamanda, maddi vəziyyətinizin yaxşılaşma ehtimalı var - borclarınızı ödəyə biləcəksiniz. Ailə münasibətləri qeyri-sabit olacaq - ulduzlar Qızlara daha təmkinli olmağı və münaqişələri boşanma həddinə çatdırmaqdan çəkinməyi tövsiyə edir. Xroniki yuxusuzluqdan qaçmaq üçün ağıllı şəkildə planlaşdırılmış bir gündəlik rejimə əməl etməlisiniz.

Tərəzi - Bu gün iş yerindəki münaqişələr Tərəziləri adi həyat ritmindən çıxara bilər, ona görə də bu gün başqaları ilə ünsiyyəti məhdudlaşdırmalı olacaqsınız. Amma maliyyə vəziyyətiniz daha da sabitləşəcək və siz çoxdan almaq arzusunda olduğunuz ucuz əşyaları almaq şansı qazanacaqsınız. Sizə yüksək konsentrasiya və xeyli güc tələb edən işləri daha əlverişli dövrə qədər təxirə salmağı məsləhət görülür.

Əqrəb - Bu gün Əqrəblər uğur qazana və maddi vəziyyətlərini yaxşılaşdıra biləcəklər. Bununla belə, bu gün onlara yerinə yetirməli olduqları əvvəlki öhdəliklərini xatırladacaqlar. Bir tərəfdaşla münasibətlər əla inkişaf edəcək - yalnız sizin macəra sevginiz bu münasibətləri korlaya bilər. Siz emosional vəziyyətinizin asılı olduğu kiçik əyləncələrdən özünüzü məhrum etməməlisiniz – bu əhvalınızı sabit saxlamaq üçün lazımdır.

Oxatan - Bu gün ulduzlar sizə rəqiblərlə diqqətli olmağı tövsiyə edir. Çünki cəsarətiniz haqqınızda pis düşünənləri görməyə və onlara qarşı hazır dayanmağa imkan verməyəcək. Tək çıxış yolu diqqətli və rhtiyatlı olmaqdır. Bu gün sizinyaşayış şəraitinizi yaxşılaşdırmaq barədə maraqlı və səmərəli ideyalarınız olacaq. Ev təsərrüfatı bu gün sizi xoş anlamda təəccübləndirəcək - gözlənilməz sürprizlər sizin üçün ilham mənbəyinə çevriləcək, evdə xeyli yeniliklər edə bilərsiniz.

Oğlaq – Bu gün siz qayğılarınızın bir hissəsini həvalə edə biləcəyiniz etibarlı tərəfdaş tapmağa çalışmalısınız. Bu gün siz böyük pul gəlirlərinə bel bağlamalı deyilsiniz – boş ümidlər çaşqınlıq yarada bilər. Lakin yeni insanlarla tanış olmaq sizin üçün faydalı və xoş olacaq. Yüngül pəhriz əhvalınızı yaxşılaşdıracaq, özünüzü rahat hiss edəcəksiniz. Tənhaları romantik tanışlıq gözləyir.

Dolça - Bu gün Dolçalar işdə ehtiyatlılıq və nəzakət hissi nümayiş etdirməlidirlər ki, yeni bədxahlar fürsət əldə etməsinlər. Ünsiyyətdə barışmazlıq atmosferi uzun müddət yaddaşınızda qalacaq çoxlu mənfi emosiyalar gətirəcək. Sizə yeni bir layihəni həyata keçirmək üçün vəsait lazım olacaq, ona görə də ulduzlar bu gün lazımsız şeylər almamağı və borc götürməməyi məsləhət görür - onu qaytarmaq asan olmayacaq.

Balıq - Balıqların ambisiyaları bu gün məqsədlərinə çatmağa imkan verəcək. Ulduzlar həyatdan hər şeyi götürməyi və az şeylə kifayətlənməməyi tövsiyə edir, lakin uğur qazanmağınıza kömək edən insanları da unutmayın, əks halda gələcəkdə həlledici anlarda tək qala bilərsiniz. Siz planlaşdırılmamış xərclərdən çəkinməlisiniz, çünki maliyyə vəziyyətiniz gərginləşə bilər. Balıqların ailə həyatı sabit və sakit olacaq.

Son xəbərlər
Bütün xəbərlər »