"İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş Qüds Qüvvələri komandanı Qasım Süleymaninin ölümünə görə məsuliyyət daşıyan ABŞ-ın keçmiş prezidenti Donald Tramp qətlin əvəzini ödəyəcək".
Bizimyol.info "cnnturk"ə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei generalın ölümünün qarşıdan gələn ikinci ildönümü ərəfəsində paytaxt Tehranda Süleymaninin ailəsi ilə görüşərkən deyib.
İrana düşmən olanların Süleymaninin adından qorxduğunu bildirən Xamenei: “Süleymaninin qatilləri, xüsusən də Tramp bu dünyada cinayətlərinin əvəzini verəcək. Onda onlar tarixin zibilliyində unudulacaqlar”.
Qasım Süleymaninin bölgədə müqavimət simvolu olduğunu deyən Xamenei: “Düşmən Suriyada artıq ümidli deyil. İraq və Yəməndə onlara qarşı müqavimət güclənməkdə davam edir. Bölgədə müqavimət cəbhəsi indi daha da inkişaf edib və meydanın genişlənməsi ümidləri daha da artırır”, - deyə bildirib.
İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymani 2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.
Bizimyol.info