Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kliçko: Qərb əvvəldən Rusiyaya qarşı sanksiyalar tətbiq etməli idi
Kliçko: Qərb əvvəldən Rusiyaya qarşı sanksiyalar tətbiq etməli idi

Kiyev meri Vitali Kliçko Qərb ölkələrini Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırıb. O hesab edir ki, Qərb bu ölkəni “tezliklə” dəstəkləməli və Rusiyaya qarşı tədbir görməlidir.

Bizimyol.info xəbər verir ki, “Teleqraf” qəzetinə müsahibə verən Kliçkonun fikrincə, Qərbin cavabında Ukraynaya hərbi yardımın artırılması və “ən müasir silahların” tədarükü də olmalıdır.

“Bu tədbirlər daha əvvəl həyata keçirilməli idi. Ukrayna dostlar və etibarlı tərəfdaşlar olmadan üzləşdiyi çətin problemlərin öhdəsindən gələ bilməz”, - deyə qəzet merin sözlərindən sitat gətirib.

Nəşrin məlumatına görə, Kliçko Silahlı Qüvvələrin ehtiyatda olan hərbçiləri ilə təlimlərə başlayıb. Kliçkonun bildirib ki, belə bir təlim “səkkiz ilə yaxındır ki, müharibə şəraitində olan” ölkədə yüksək və orta səviyyəli məmurlar üçün lazımdır.

Ölkədə 2022-ci il yanvarın 1-dən Milli Müqavimətin əsasları haqqında qanun qüvvəyə minib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »