Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda yeni il faciə ilə başlayıb
Hindistanda yeni il faciə ilə başlayıb

Hindistanın Kəşmir vilayətində "Mata Vaişno Devi" məbədində yeni ilə girmək istəyənlər arasında yaranan izdihamda 12 nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Hindistanın şimalındakı "Mata Vaişno Devi" məbədində yeni ilə dua etmək məqsədi ilə girmək istəyən insanlar arasında izdiham yaşanıb. Hüquq-mühafizə orqanlarının ilkin təsbitlərinə görə, izdihamda 12 nəfərin həyatını itirdiyi, 13 nəfərin isə xəsarət aldıqları bildirib.

Hindistan prezidenti Raştrapati Bhavan sosial media hesabında Mata Vaişno Devi məbədində baş verən izdihamdan sonra insan itkisinə görə çox təəssüfləndiyini və hadisədən narahat olduğunu bildirib.

Bhavan: “Həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”,- deyə müraciətində bildirib.

Baş nazir Narendra Modi isə səlahiyyətlilərlə təmasda olduqlarını bildirib, həlak olanların ailələrinə başsağlığı verib və yaralıların sağalmasını arzulayıb.

"Mata Vaişno Devi" ən hörmətli hindu məbədi kimi tanınır və insanlar tez-tez dua etmək üçün məbədə baş çəkirlər.

2016-cı ildə də Hindistanda oxşar hadisə baş vermişdi, Uttar Pradeş ştatının Varanasi şəhərində məbəddə basabasda 24 nəfər həlak olmuşdu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »