Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Mircəlal küçəsində yerləşən çay evlərinin birində qətl hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ilkin araşdırma zamanı meyitin kimliyi təbsit olunub. Qətlə yetirilən şəxsin Bakı şəhər sakini Fikrət Hüseynovun olduğu məlum olub. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.