Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In 2022-ci ilin "ölüm-dirim mübarizəsi" ili olacağını deyib
Kim Çen In 2022-ci ilin "ölüm-dirim mübarizəsi" ili olacağını deyib

KXDR lideri Kim Çen In partiyanın ilin sonu üçün plenar iclasındakı yekun çıxışında ABŞ və ya Cənubi Koreya ilə münasibətlərdən ətraflı danışmayıb, ancaq daxili problemləri müzakirə edib və qalib gəlməyin vacibliyini bəyan edib.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin verdiyi məlumata görə, dövlət başçısı 2021-ci ili "böyük qələbə ili" olduğunu deməklə yanaşı, 2022-ci ildə gələcək "ölüm-dirim mübarizəsi" ili adlandırıb.

Dekabrın 27-dən 31-dək Şimali Koreyanın Fəhlə Partiyasının (FKP) 8-ci çağırış Mərkəzi Komitəsinin dördüncü plenar iclası keçirilib. İclasda ölkənin 2022-ci il büdcəsi, 2021-ci ilin işlərinin yekunları və gələn ilin planları, aqrar məsələ, FKP-nın nizamnaməsində dəyişikliklər və təşkilati məsələ müzakirə olunub. Plenumun yekunlarına görə yekdilliklə təsdiq edilmiş qətnamə qəbul edilib.

Baş katib çıxışı zamanı diqqəti əvvəllər olduğu kimi siyasətə deyil, bu dəfə sosial sahəyə yönəltməyə üstünlük verib. O deyib ki, 2022-ci ilin əsas mübarizəsi ərzaq qıtlığını aradan qaldırmaq üçün nəhəng ölüm-dirim mübarizə olacaq: “Onu qətiyyətlə başlatmalı və sosializmin hərtərəfli inkişafı naminə ən kiçik ləngimələrə yol vermədən qalib gəlmək lazımdır. Böyük Şimali Koreya xalqı və sevimli nəsilləri xatirinə biz bu "ölüm-dirim mübarizəsi" ilindən də qalb çıxmalıyıq”, - deyə ölkə rəhbərinin çıxışı barədə dərc edilmiş məlumatda bildirilir.

Kim Çen In bu il olduğu kimi, KXDR partiyası və xalqının 2022-ci ildə də yenidən qələbə qazanacağına əminliyini ifadə edib. Son iki ildə Kim Çen In xalqı Yeni illə bağlı təbrik etməyib. Köhnə ilin sonunda və ya yeni ilin əvvəlində partiyanın böyük toplantılarından sonra çıxışlarda öz fikirlərini vətəndaşlara çatdırmağa üstünlük verib. Beləliklə, 2019-cu ilin sonunda Kim Çen In partiyanın dörd günlük plenar iclasına sədrlik edib və hakimiyyətə gəldikdən sonra ilk dəfə 2020-ci ilin yanvarında Yeni il təbriki etməyib. 2021-ci ildə KXDR lideri yanvar ayında partiyanın qurultayında çıxış etdikdən sonra xalqa Yeni illə bağlı təbrik nitqinə ehtiyac duymayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »