Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə vətəndaşları cinsini və adını asanlıqla dəyişə biləcək
İsveçrə vətəndaşları cinsini və adını asanlıqla dəyişə biləcək

İsveçrə vətəndaşları bu gündən etibarən cinsiyyətlərini və adlarını hormon terapiyasına müraciət etmədən, sadəcə olaraq qeydiyyat şöbəsinə gəlməklə rəsmi olaraq dəyişə bilərlər.

Bizimyol.info xəbər verir ki, "Rianovosti"nin verdiyi məlumata görə, qərarın lobbiçilərinin fikrincə, bu, ölkəni gender bərabərliyi uğrunda Avropa hərəkatının liderliyinə yüksəldəcək.

İsveçrə Mülki Məcəlləsində qeydə alınan yeni qaydalara əsasən, qəyyumluqda olmayan 16 və daha yuxarı yaşda olan hər kəs yerli qeydiyyat şöbəsinə ərizə verməklə cinsini və qanuni adını dəyişə bilər. Yeniyetmələr və böyüklərin himayəsində olanlar üçün qəyyumun razılığı lazımdır.

Beləliklə, İsveçrə də bu ildən İrlandiya, Belçika, Portuqaliya və Norveçə qoşulur ki, bu da insana hormon terapiyası, tibbi diaqnoz və mürəkkəb bürokratik addımlar olmadan cinsiyyətini qanuni olaraq dəyişməyə imkan verir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »