Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Sərhədin o tayındakı heç bir ordu bizi qorxuda bilməz
Zelenski: Sərhədin o tayındakı heç bir ordu bizi qorxuda bilməz

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, sərhədin o tayındakı istənilən ordu ukraynalıları qorxutmur, çünki sərhədin Ukrayna tərəfindəki ölkənin sarsılmaz ordusu onları qoruyur.

Bizimyol.info UNİAN-a istinadən xəbər verir ki, prezident bunu ukraynalılara Yeni il müraciəti zamanı deyib.

"Onlar bizi həm ölkə daxilindən, həm də kənardan qorxutmağa çalışırlar. Amma sərhədin o tayında olan heç bir ordu bizi qorxutmur, çünki sərhədin biz tərəfindəki sarsılmaz ordumuz bizi qoruyur", - deyə dövlət başçısı vurğulayıb.

O, son iki ildə və bu il ordunun Ukrayna tarixində ən böyük büdcəyə malik olmasından şad olduğunu vurğulayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »