İyirmidən çox amerikalı diplomat və ABŞ milli təhlükəsizlik rəsmiləri prezident Co Baydeni Ukrayna ilə bağlı vəziyyət gərginləşəcəyi təqdirdə Vaşinqtonun Rusiyaya qarşı tətbiq etməyə hazır olduğu sanksiyalar siyahısını dərc etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, bəyanatı digər məsələlərlə yanaşı, ABŞ-ın Rusiyadakı keçmiş səfirləri Maykl Makfol və Aleksandr Verşbou, Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker və “Tarixin sonu” kitabının müəllifi kimi tanınan politoloq Frensis Fukuyama imzalayıblar.
1961-ci ildə NATO-nun nəzdində yaradılmış Amerika beyin mərkəzi olan "Atlantic Council"ın öz saytında dərc etdiyi müraciətin müəllifləri belə bir addımın Moskvanın hərəkətlərinə təsir edəcəyinə inanırlar. Vəziyyətin gərginləşməsi halında cavab, rəyə görə, “Ukraynaya hücum zamanı dərhal tətbiq olunacaq əsas və ən sarsıdıcı sanksiyaların siyahısını daxil etməlidir”.
Cümə günü axşam Vladimir Putin və Co Bayden arasında telefon danışığı olub, söhbət 50 dəqiqə davam edib. Kremlin məlumatına görə, Amerika prezidenti Ukrayna ilə bağlı vəziyyətə görə “genişmiqyaslı sanksiyalarla” hədələyib. Rusiya prezidenti buna cavab olaraq bildirib ki, bu, böyük səhv olacaq: bu halda münasibətlərdə fasilə yarana bilər.
Ukrayna hakimiyyəti və Qərb dövlətləri bu yaxınlarda Moskvanın qonşu dövlətlə sərhəddə "aqressiv hərəkətlərini gücləndirdiyi" iddiasından narahat olduqlarını bildiriblər.
Moskva isə öz növbəsində, dəfələrlə bu ittihamları rədd edərək, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını vurğulayıb.
Bizimyol.info