Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib
Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

"NATO yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".

APA-nın xəbərinə görə, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

“Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq”, deyə Baç katib “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası – Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »