Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dumana görə Bakının bəzi yollarında sürət həddi endirilib
Dumana görə Bakının bəzi yollarında sürət həddi endirilib

Hazırda paytaxtın bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə edilir.

APA-nın xəbərinə görə, hərəkət təhlükəsizliyi nəzərə alınaraq Zığ dairəsi-Hava limanı və Hava limanı-Bilgəh yollarında zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyi sürücülərə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edir.

Qeyd olunur ki, bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etməlidirlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »