Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda Şaxta Babanı görmək necə yozulur - Yuxuyozma
Yuxuda Şaxta Babanı görmək necə yozulur - Yuxuyozma

Yuxular bizim gün ərzində yaşadıqlarımızın, arzularımızın, xəyallarımızın əksidir. Bəzən ağlımıza gəlməyən, heç düşünmədiyimiz nəsənələri yuxuda görərik. Bu günlərdə yuxularımıza Şaxta Baba gələ bilər. Yuxuda Şaxta Baba görməyin maraqlı yozmaları var.

Yuxuyozanlara görə, yuxuda Şaxta Baba görmək yeni ilə uyğun bir yuxudur. Yeni ilə yaxın yuxusunda Şaxta Baba görən şəxs yeni ildən gözlədiyi hər şeyi əldə edəcək. Şaxta Babanın sevincli və xoşbəxt olduğunu görmək qarşıdakı ilin uğurlu və şanslarla dolu keçəcəyinə işarədir. Şaxta Babanın kədərli olması isə, yeni ilin heç də arzularınıza uyğun keçməyəcəyini xəbər verir.

Şaxta Babadan hədiyyə almaq

Yuxuda Şaxta Baba sizə hədiyyə verirsə, əlinizə külli miqdarda pul keçəcək. Hədiyyənin böyük olması pulun çoxluğuna və sizi daha çox xoşbəxt edəcəyinə işarə edir. Kiçik hədiyyə isə, kiçik sürprizlərin xəbərçisidir.

Yuxuda Şaxta Baba geyimi görmək

Yuxuda Şaxta Babanın geyimlərini görmək və ya geyinmək insanları sevindirməyə işarədir. Başqasının bu geyimi geyinməsi isə, yeni eyni şəkildə xeyirxah bir insanın həyatınızdakı yerinin olmasının işarəsidir. Biri gələcək və həyatınız dəyişəcək.

Yuxuda Şaxta Baba olduğunu görmək, sevdiklərinizin sizi tək buraxmamasına işarədir. Dostalarınız və ailənizlə zaman keçirəcəksiniz.

Yuxuda oyuncaq Şaxta Baba görmək

Özünü kiçik sürprizlərlə xoşbəxt etməyə və heç kimə ehtiyac duymamağa yozulur. Özünüz üçün yaxşı bir şey edin. Bu da əhvalınızı yüksəldəcək. Yuxuda Şaxta Baba oyuncağı yeni dostları olmasına işarədir. Dostalrınız vasitəsilə yeni tanışlar əldə edəcəksiniz.

Yuxuda Şaxta Baba arabası görmək

Bu yuxunu görən şəxs çox xoşbəxt olacaq. Yuxuda Şaxta Babanın arabası ilə gəzmək dostlarınızla səyahət etməyə işarədir.

  • Yuxuda Yeni il görmək işlərin uğurlu yola girəcəyinə işarədir. İqtisadi gücünüz azala bilər, qısa zamanda böyük bir qazanc əldə edəcəksiniz.
  • Yuxuda Yeni il qeyd etmək işlərin yolunda gedəcəyinə, küsənlərin barışacağına, pis insanların sizdən uzaqlaşacağına işarədir.
  • Yuxuda Yeni il şam ağacı görmək, sizə dərindən təsir edən addımlar atacağınızın xəbərçisidir. Verilən sözlər yerinə yetirilməyəcək, atılan addımlar zərər verəcək, ailə üzvləri arasında bəzi mübahisələrin olacağına işarədir.
  • Yuxuda Şaxta Babanı göy üzündə görmək, çox böyük miqdarda pul əldə edəcəyinə işarədir. Günbəgün daha böyük qazanc əldə edəcəksiniz, xeyirli bir qismət ilə ailə həyatı həyatı quracaqsınız.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »