Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamda ekskovator minaya düşüb
Ağdamda ekskovator minaya düşüb

Dekabrın 29-da Ağdam rayonunu ərazisində ekskovator minaya düşüb.

Bizimyol.info xəbər verir ki, Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Rayonun prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »