İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzdindəki İran hərbi xüsusi təyinatlı “Qüds” bölməsinin iki əməkdaşı ölkənin cənub-şərqində bir qrup silahlı yaraqlı tərəfindən öldürülüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" Qüds qərargahına istinadən məlumat verib.
“Mehran Şuri Zadə və Möhsün Kihvai - İran İnqilabı Keşikçiləri Korpusunun nəzdindəki Qüds bazasının iki əsgəri ölkənin cənub-şərqində silahlı basqınçılar dəstəsi tərəfindən öldürülüb. İranın Qüds milislərinin keçirdiyi əməliyyat nəticəsində yaraqlılar məhv edilib”, - deyə qərargahın bəyanatında deyilir
Bizimyol.info