Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili gürcü müğənnisi Sofiya Nijaradze ilə Elis Mariya Saakaşvili adlı bir qızı olduğunu etiraf edib.
Bizimyol.info xəbər verir ki, bu barədə siyasətçi "Facebook" səhifəsində yazıb.
"Mtavari Arkhi" telekanalının Yeni il konsertinin ən kiçik iştirakçısı, mənim sevimli qızım və ən kiçik qızım Elis Maria Saakaşvili televiziya ekranlarından anası ilə birlikdə sizə Yeni il salamlarını çatdıracaq”, - deyə o yazıb.
Gürcüstanın sabiq başçısı ölkə sakinlərini qarşıdan gələn Yeni il münasibətilə də təbrik edib və 2022-ci ilin dəyişiklik ili olmasını arzulayıb.
Bir gün əvvəl Saakaşvili aclıq aksiyasından sonra müalicə olunduğu hərbi hospitaldan həbsxanaya qayıdıb. Onun sözlərinə görə, o, “fiziki cəhətdən zəifdir, amma mənəvi cəhətdən cəsarətlidir”. Onun tərəfdarları bildiriblər ki, hakimiyyət Saakaşvilini zorla həbsxanaya qaytarıb, özü də bunu istəməyib.
Oktyabr ayında Saakaşvili ukraynalı deputat Yelizaveta Yasko ilə münasibətdə olduğunu açıqlamışdı.
Bizimyol.info