Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada avtomobillərin texniki baxış məcburiyyəti ləğv olundu
Rusiyada avtomobillərin texniki baxış məcburiyyəti ləğv olundu

Rusiyada avtomobillərin müntəzəm texniki baxışdan keçirilməsilə bağlı məcburiyyət aradan qalxır. Bu qayda yeni ildən qüvvəyə minəcək.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 30-da şəxsi avtomobillərin icbari müntəzəm texniki baxışını ləğv edən qanun imzalayıb.

Sözügedən qanunu Rusiya parlamenti – Dövlət Duması dekabrın 22-də qəbul etmiş və təsdiq üçün Federasiya Şurasına göndərilmişdi. Şura da dekabrın 24-də onu onu təsdiqləyib.

Qanuna əsasən, vətəndaşların mülkiyyətində olan, onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri minik avtomobilləri və motosikletlər texniki baxışdan azad olunur.

Amma taksi fəaliyyətilə məşğul olan, ümumiyyətlə, sərnişin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri üçün texniki baxışla bağlı məcburiyyət qüvvədə qalır. Bu məcburiyyət xidməti avtomobil kimi istifadə edilən maşınlara da aiddir.

Bundan başqa, 4 ildən artıq istifadə olunmuş avtomobil və motosikletlər də satıldıqda, yaxud qeydiyyata alındıqda, eləcə də nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə onların icbari texniki baxışdan keçməsi məcburidir.

Elə hallar olur ki, sürücünün diaqnozstik kartı olsa da, yol polisi nəqliyyat vasitəsini yoxlamaya göndərir. Belə hallar istisnadır. Bu, texniki nasazlığı aşkar görünən, yol hərəkəti təhlükəsizliyini təhdid edən nəqliyyat vasitələrinə aiddir.

Avtomobil sahibləri diaqnostik kartlarının olmamasına görə cərimələnməyəcək. Bununla belə, hər bir avtomobil sahibi nətliyyat vasitəsinin texniki baxışdan keçib-keçməməyindən asılı olmayaraq, maşınının texniki vəziyyətinə nəzarət etməyə borcludur. Bu bənd yol hərəkəti qaydalarında qalır.

İcbari texniki baxışla bağlı məcburiyyətin ləğvi Rusiyada təxminən 50 milyon avtomobil sahibinə təsir göstərəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »