Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Donbassdakı yüz minlərlə Rusiya vətəndaşını qoruyacağıq
Lavrov: Donbassdakı yüz minlərlə Rusiya vətəndaşını qoruyacağıq

"Donbassda yüz minlərlə Rusiya vətəndaşı yaşayır, biz onları qorumaq üçün bütün tədbirləri görəcəyik".

Bizimyol.info xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ölkəmizin yüz minlərlə vətəndaşının yaşadığı Donbass sakinlərinə gəlincə, Rusiya onları qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Biz Ukraynanın daxili münaqişəsinin siyasi və diplomatik yollarla həlli üçün səylərimizi davam etdirəcəyik.

BMT Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsi ilə təsdiq edilmiş Minsk Tədbirlər Paketi bunun üçün mübahisəsiz əsas olaraq qalır”, - deyə Lavrov bildirib.

O vurğulayıb ki, “Kiyevin Donbasa qarşı mümkün hərbi təxribatlarına Rusiya dövləti tərəfindən adekvat cavab veriləcək”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »