Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koloradonu bürüyən meşə yanğınları on minlərlə insanı evsiz qoyub
Koloradonu bürüyən meşə yanğınları on minlərlə insanı evsiz qoyub

ABŞ-ın Kolorado ştatında güclü külək nəticəsində sürətlə yayılan meşə yanğınları ştatın paytaxtı Denver yaxınlığındakı iki şəhəri alovlara bürüyüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Boulder qraflığının şerifi Co Pelle məlumat verib.

O bildirib ki, küləyin sürəti saatda 169 kilometrə çatır. Buna görə bölgəni sürətlə bürüyən yanğınların intensivliyi səbəbindən daha çox itki ola biləcəyi istisna olunmur. Şerif indiyə qədər yüzlərlə evin yandığını, on minlərlə insan təxliyə edildiyini və ən azı altı nəfərin xəsarət aldığını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »