Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onları heç yerdə işə götürmürlər - reabilitasiya mərkəzləri yoxdur"
"Onları heç yerdə işə götürmürlər - reabilitasiya mərkəzləri yoxdur"

Narkomaniya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər, təlimlər, konfranslar keçirilir. Ancaq təəssüf olsun ki, keçirilən tədbirlər heç bir nəticə vermir.

Narkomaniya üzrə ekspert Emil Maqalov Bizimyol.info saytına müsahibəsində bildirib ki, hazırda təkcə polisin fəaliyyəti nəticə verir: “Narkotik satanlar 30-40 faiz azalıb. Amma fürsətdən istifadə edənlər yenə də yerində qalır. Hardansa, hansı formadasa tapır, istifadə edir, satır. Araşdırdığımız problemlərdən biri narkotik istifadəçilərinin detoks - onların təbirincə desək, lomkadan çıxdıqdan sonrakı vəziyyətidir. Lomkadan çıxdıqdan sonra reabilitasiya olunmur, iş yerləri yoxdur. Onları heç yerdə işə götürmürlər. Və əsasən demək olar ki, reabilitasiya mərkəzləri yoxdur”.

Emil Maqalov Emil Maqalov

Ekspert qeyd edir ki, pullu mərkəzlər var ki, bir ayı 1000 manatdan başlayıb 5000 manata qədər məbləğdə dəyişir. Bu mərkəzlərdən imkanlı şəxsər istifadə edir. Narkomanların 70 faizi pulsuzlardır.

E.Maqalovun fikirncə, məktəblərdə bu problemlə psixoloqlar məşğul olmalıdır: “Ancaq min nəfərə bir psixoloq düşür. Bilirsiniz ki, psixoloqun əmək haqqı az olduğu üçün buna enerji və vaxt xərcləməkdə maraqlı deyil. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Çünki mən çox ailələr tanıyıram ki, səhər gedib axşam gəlirlər. Çörək pulu qazanmalıdırlar. Bu ailələrin uşaqlarının 4-5 saatı məktəblərdə keçir. Mən özüm də məktəblərdə olub, problemləri görüb və aidiyyatı qurumlara məlumat vermişəm”.

E.Maqalov qeyd edir ki, illərdir tədbirlər keçirilsə də, nəticə yoxdur. Deməli, format dəyişdirilməlidir. Onun sözlərinə görə, tədbirlərdə uşaqların etibar etmədiyi adamlar olur. Uşaqlar həmin adamlara problemlərini danışa bilmirlər.

“Adətən məni harasa dəvət edəndə uşaqlarla söhbət edirəm, çox şey danışır uşaqlar” - deyə ekspert bildirib.

E.Maqalov vurğulayıb ki, narkomanlar narkodispanserlərdən çıxdıqdan sonra getməyə başqa yerləri olmur. Onlar yenə də həmin adamların yanına qayırmalı olurlar. Narkodispanserlərdə demək olar ki, yer yoxdur: “Məsələn; Sumqayıt şəhərində 28 yer var. Orada qadın da, uşaq da, qoca da, kişi də eyni otaqda müalicə alır, yatır. Bu hələ böyük şəhərdir. Digər ərazilərdə isə, heç bu da yoxdur. Stasionarların sayını artırmaq, reabilitasiya mərkəzləri tikmək lazımdır. Bəli, bunun üçün böyük maliyyə lazımdır. Ancaq digər məsələlərlə müqayisədə o qədər də böyük maliyyə deyil. Mən demirəm ki, hamını müalicə edək. Xeyr. Ola bilsin ki, məmurlar anaların fəryadını görmürlər. Analar bizə müraciət edirlər. Biz yol göstəririk, dövlət qurumlarına etibar etmirlər. Biz dostlarımızın, tanışlarımızın, yaxın olduğumuz məmurların, deputatların hesabına kömək etməyə çalışırıq. Sumqayıtın deputatı Hicran Hüseynova bu məsələdə bacardığı köməkliyi göstərir. Amma Hicran xanım nə reablitasiya mərkəzi, nə stasionar, nə də reabilitasiyadan sonra həmin narkomanlar üçün iş yeri tikə bilməz”.

Ekspert yeni mərkəzlərin stasionarların yaradılması üçün aidiyyatı şəxslərə müraciət edib. O qeyd edib ki, nə qədər ki, bu problemin qarşısını mümkün qədər tez almaq lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »