Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...

Bürclərin xüsusiyyətləri geyimlərində də özünü göstərir. Bəziləri sərt, bəzilər idman stilində, bəziləri açıq geyinir. Qadınların geyiminə diqqət edib, bürcünü də öyrənmək olar.

Hansı bürcün qadını necə geyinir?

Qoç bürcü

Qoç bürcü qadınları adətən, özündən razı olur. Xüsusilə, geyimləri ilə diqqət çəkmək onlar üçün böyük bir zövqdür. Aksesuar istifadə etməyi çox sevirlər. Diqqət çəkən, geyimlər Qoç qadını üçün nəzərədə tutulub. Qoç bürcü qadınları daha çox ipək parçalara üstünlük verər və alış-verişə plansız çıxarlar. Elə xarakterləri var ki, ilk bəyəndiklərini alarlar.

Buğa bürcü

Buğa bürcü qadınları, yemək yeməyi çox sevdikləri üçün kök olurlar. Geyimi rahatlıqla seçə bilməzlər. Adətən enli geyimlərə üstünlük verərlər. Bədən xəttlərini ortaya çıxarmaq istəməzlər.

Əkizlər bürcü

Əkizlər bürcü altında doğulan qadınlar geyim seçərkən olduqca cəsur davranırlar. Hamının rahatlıqla geyə bilməyəcəyi geyimləri çox rahat geyə bilərlər. Cəsarətləri ilə insanları çaşdırırlar. Çox diqqət çəkən və çox rəngli geyimlərə üstünlük verərlər.

Xərçəng bürcü

Həssas və romantik olan Xərçəng bürcü qadınları adətən, açıq rənglərə üstünlük verərlər. Aksesuarları çox sevirlər. Sırğa, boyunbağı, bilərzik və kəmərlər ən çox seçdikləridir.

Şir bürcü

Şir bürcü qadınları da Qoç bürcü qadını kimi çox diqqət çəkən geyinməyi sevir. Bir şahzadə kimi görünməyi çox sevirlər. Diqqət çəkmək onlar üçün çox önəmlidir. Qadın olduqlarını hamıya hiss etdirmək istəyirlər.

Qız bürcü

Qız bürcü altında doğulan qadınlar, hər şeydə olduğu kimi geyim seçimində də olduqca diqqətli davranırlar. Aksesuarları da bir-birinə uyğun olaraq istifadə edərlər. Seçdikləri rənglər adətən, pastel rənglər olur. Əsl xanım kimi geyinmək onların tərzidir. Alış-verişə çıxmamışdan əvvəl pul kisəsinə baxıb, sonra çıxarlar. Geyimləri ilə çox da diqqət çəkməyi sevməzlər.

Tərəzi bürcü

Tərəzi bürcü altında doğulan qadınlar geyimləri ilə hər kəs tərəfindən bəyənilirlər. Zərif papaqlar, fərqli gözlüklər və cəzbedici aksesuarlar istifadə etməyi sevirlər. Ən əhəmiyyətlisi isə, geyimlərində uyğunluğa əhəmiyyət verərlər.

Əqrəb bürcü

Əqrəb bürcü altında doğulan qadınların ən sevdiyi rəng qaradır. Sirli və cazibəli Əqrəb qadını, qərarsız olduğu və çətin bəyəndiyi üçün alış-veriş zamanı çətinlik çəkər. Şəffaf-transparan geyimlər onların tərzidir.

Oxatan bürcü

Oxatan bürcü altında doğulan qadınlar diqqət çəkmək və bəyənilmək istəyərlər. Moda mövzusunda hər zaman öndə olmağı arzulayırlar. Qırmızı və yaşıl kimi bütün rəngləri paltarlarında arzulayarlar. Geyimləri ilə heyrət yaradan Oxatan qadını, əlinə keçən pulu geyimə xərcləyər.

Oğlaq bürcü

Oğlaq bürcü qadını, klassik və müasirliyi eyni anda istifadə etməyi arzulayır. Xüsusilə, dəri geyimləri sevərlər. Qəhvəyi rəng, onların vaz keçmədiyi yeganə rəngdir. Bürcün ən böyük özəlliyi nə istədiyini bilməsidir. Alış-veriş zamanı onları üçün qiymət deyil, keyfiyyət önəmlidir.

Dolça bürcü

Bu bürcün qadınları üçün ən önəmlisi özünü rahat hiss etməkdir. Modadan çox öz rahatlıqlarını düşünərlər. Onlar üçün önəmli olan içində darıxmayacağı geyimlərdir. Xüsusilə, enli geyimlərə üstünlük verərlər. Alış-veriş zamanı çox tələsirlər.

Balıq bürcü

Balıq bürcü qadınının ən böyük xüsusiyyəti, qərarsız olmasıdır. Nə geyinəcəklərinə qərar verə bilməzlər. Parlaq və sətin parçalara üstünlük verirlər. İdman geyimləri ilə yanaşı, klassik geyimləri də sevərlər. Alış-veriş zamanı başqalarının tövsiyələrindən çox təsirlənərlər.

P.S. Bürc məlumatları insanlar haqqında etibarlı məlumat mənbəyi deyil. Ətrafınızdakı insanların geyimlərini öz zövqünüzə görə qiymətləndirin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »