Ermənistan hökuməti Türkiyə mallarına tətbiq edilən embarqonun 2022-ci il yanvarın 1-dən etibarən qaldırılacağını açıqlayıb. Hökumət iyun ayında embarqonu daha altı ay uzatmışdı.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmi sosial şəbəkəsində hesabında yaydığı məlumatda deyilir.
"Türkiyə mallarının ölkəyə idxalına tətbiq edilən embarqonun uzadılmaması qərara alınıb", - deyə qeyd edilib.
Türkiyə 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağı işğal etməsi səbəbindən həmin ölkə ilə diplomatik əlaqələri dayandır. Ermənistanla sərhələr bağladıqdan sonra iki ölkə arasında birbaşa ticarət mübadiləsi aparılmayıb. Lakin Türkiyə mənşəli idxal malları üçüncü ölkələr vasitəsilə Ermənistana çatırılıb.
Ermənistan gömrüyünün məlumatına görə, 2019-cu ildə Türkiyədən ölkəyə 268 milyon dollar dəyərində mal daxil olubsa, 2020-ci ildə bu rəqəm 230 milyon dollara qədər azalıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftə Türkiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib.
Normallaşma prosesinin başlaması məqsədi ilə Türkiyə və Ermənistan dekabrda birbaşa danışıqlar üçün nümayəndə təyin etdi.
Bizimyol.info