Yeni 2022 il başlayır. Təbii ki, 2022-ci ilin nə vəd etdiyini öyrənmək istəyirsiniz. 2022 Pələng ilidir. Bu ildə sizi nələrin gözlədiyini bilmək istəyirsinizsə, doğulduğunuz ilə aid proqnozu oxuyun. Amma yadda saxlayın ki, Tanrının iradəsindən yüksəkdə heç nə yoxdur. Bəxt nə qədər böyük faktor olsa da, özünüzün əzmkarlığınız bütün pis proqnozları alt-üst edə bilər. Yeni ildə hər birinizə uğurlar arzulayırıq.
Beləliklə, Bizimyol.info doğulduğunuz ilə əsasən 2022-ci ilin ümumi proqnozunu təqdim edir:
Dovşan ili (1939, 1951, 1963, 1975, 1987, 1999, 2011)
Dovşan Pələnglə yaxşı münasibət saxlayır. Onun planlarının əksəriyyəti həyata keçəcək. Amma kommunal ödənişlər və ya ipoteka borcları varsa, onları mümkün qədər tez ödəmək tövsiyə olunur, əks halda problemlər yarana bilər.
Əjdaha ili (1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012)
Əjdaha Pələnglə yaxşı yola gedir. Əjdahalar rəsmi işlərdə uğura, məmurların dəstəyinə arxalana bilərlər. Xüsusilə ilin ikinci yarısında vəziyyət maliyyə baxımından uğurlu olacaq. Lotereyalarda udmaq da mümkündür. Amma bəxtə yox, öz əzmkarlığınıza arxalansanız, uğurlarınız daha çox olacaq.
İlan ili (1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013)
Pələng və İlan barışmaz düşmənlərdir, güzəştə getmirlər. İlanın növbəti ildə münaqişələrə girməsi tövsiyə edilmir. Sağlamlığınıza daha çox diqqət yetirməlisiniz, çünki səhhətinizin pisləşməsi təhlükəsi var. Xroniki xəstəliklərə ciddi yanaşmaq lazımdır. Maliyyə məsələlərində də xırdaçı olmaq lazımdır, əks halda böyük itki təhlükəsiz var.
At ili (1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014)
At və Pələng əla dostlardır. At ilində doğulanları böyük uğurlar müşayiət edəcək. Atlar işləmək üçün yaxşı bir yer seçə biləcəklər. Bu il yeni bir tərəfdaş ortaya çıxarsa, münasibətlər uğurlu olacaq. Həmçinin, Atları karyerada yüksəliş gözləyir – rəqiblər üzərində qələbələr mümkündür.
Qoyun ili (1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015)
Pələng Qoyunlara qarşı neytraldır. Sakit bir il olacaq, lakin fenomenal nəticələr gözləmək lazım deyil. Xərclərinizlə bağlı ehtiyatlı olmağınız lazımdır. Bu il mənzil və ya avtomobil almaq arzuolunmazdır.
Meymun ili (1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016)
Meymun Pələngin düşmənidir. Ona növbəti ildə işini, yaşayış yerini və tərəfdaşını dəyişməsi məsləhət görülmür. Qadın Meymunlar analıq məsələlərində çətinlik çəkə, kişi Meymunlar isə rəqabətdə məğlub ola bilərlər. Meymunlar üçün yay səyahətləri də çətin küçə bilər.
Xoruz ili (1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017)
Pələng Xoruza biganədir. Amma diqqəti özlərinə cəlb etmək Xoruzlara tövsiyə edilmir, hər vasitə ilə qalmaqallardan qaçmaq lazımdır. İşəgötürənlə mübahisə etmək, müdiriyyətlə dalaşıb yerlərini itirmək və sonra uzun müddət uyğun bir vakansiya axtarmaqla bağlı böyük bir risk var. Səhhətinizi də diqqətdə saxlayın – kiçik yaralar da uzunmüddətli problemə çevrilə bilər.
İt ili (1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018)
İtlər üçün proqnoz əladır: sevgi, sağlam uşaqların doğulması. Kişilər uğurla evlənə, xanımlar isə ailənin rifahını yüksəldə biləcəklər. Ona görə də İtlər 2022-ci ilə yeni bir həyatın başlanğıcına çevirə bilərlər. Hər şey özünüzdən asılıdır.
Qaban ili (1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019)
Qabanın da əla proqnozu var. Onu gizli himayə və nüfuzlu insanlardan gələn müdafiə gözləyir. Sonuncu Qaban ilində doğulmuş 2 yaşlı uşaqların 2022-ci ildə kiçik bacıları dünyaya gələ bilər. Yetkin Donuzlar isə qohumlarından dəstək alacaqlar. Hər yaşda olan donuzların məşhurluq qazanmaq şansı var.
Siçan ili (1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020)
Siçan və Pələng dostdurlar, ona görə də il Siçanlar üçün 2022 uğurlu olacaq. Karyera yüksəlişi və ictimai fəaliyyət üçün yaxşı şərait yaranacaq, həmkarlar və qohumlarla münasibətlərdə nifaq yaranmayacaq.
Öküz ili (1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021)
Öküz və Pələng rəqiblərdir, ona görə də gələn il Öküzlər üçün yaxşı heç nə vəd etmir. Onlar sərt rəqabətlə üzləşəcək və planlarını pozmağa çalışanlar olacaq. Önümüzdəki il Öküzün maliyyə məsələlərinə xüsusilə ağır zərbə vura bilər, ona görə də maddi məsələlərdə əsaslandırılmış qərarlar qəbul etmək lazımdır.
Pələng ili (1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022)
Pələnglər öz ilində, xüsusən daşınmaz əmlak əldə etmək, başqa şəhərlərə və ya ölkələrə köçmək məsələlərində bəxtə maksimum arxalana bilərlər. Həmçinin 2022-ci ildə uyğun təhsil yeri seçmək və miras məsələlərini uğurla həll etmək mümkün olacaq.