Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya səfiri: Azərbaycandakı ailə bağlılığı məni valeh edir
Britaniya səfiri: Azərbaycandakı ailə bağlılığı məni valeh edir

"Böyük Britaniya ilə müqayisədə Azərbaycanda ailə bağlılığının nə qədər dərin olması, insanların öz çoxsaylı qohumlarına kömək və dəstək verməsi məni valeh edir. Bəlkə də bu səbəbdən ölkənin hər tərəfi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə insan özünü çox təhlükəsiz hiss edir".

Bizimyol.info xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp deyib.

Azərbaycan mətbəxindən də söz açan səfir deyib: “Azərbaycanda restorana dəvət alanda hər zaman həyəcan keçirirəm. Əsasən qızardılmış badımcan və müxtəlif kabab növlərini sevirəm. Qutablar isə nahar üçün əladır - yüngül və çox dadlı. Sözsüz ki, bölgələrin mətbəxini də sevirəm. Unudulmaz yeməklərdən biri isə məşhur Şəki pitisidir. Yeməkdən həzz almaq çox vaxt yalnız təamlarla bağlı deyil, həm də ümumi yaşadığın təcrübə ilə əlaqədardır. Bu səbəbdən məhz piti yemək üçün Şəkiyə bir daha getdim, möhtəşəm idi”.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »