Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Rusiyanın "Taliban"la təmasları işgüzar xarakter daşıyır
Lavrov: Rusiyanın "Taliban"la təmasları işgüzar xarakter daşıyır

Rusiya Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatının nümayəndələri ilə işgüzar əlaqələr saxlayır.

Bizimyol.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz Əfqanıstanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə, o cümlədən Kabildəki səfirliyimiz vasitəsilə işgüzar əlaqələr saxlayırıq. Sosial-iqtisadi böhran kontekstində humanitar sahə praktiki qarşılıqlı fəaliyyətin xüsusilə aktual sahəsinə çevrilir.

Rusiya tərəfi noyabr və dekabr aylarında Əfqanıstana bir neçə humanitar yardım partiyası çatdırıb. Həmçinin əfqan tələbələrin təhsillərini davam etdirmək üçün Rusiya Federasiyasına getməsinə kömək edib. Rusiya Müdafiə Nazirliyindəki həmkarlarımız bu nəcib səylərə böyük faydalı töhfə verirlər", - deyə Lavrov vurğulayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »