Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Putin bir-birlərinə qarşılıqlı xəbərdarlıqlar ediblər
Bayden və Putin bir-birlərinə qarşılıqlı xəbərdarlıqlar ediblər

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı mümkün hərbi əməliyyatla bağlı xəbərdarlıq edib və “eskalasiyanı azaltmağa” çağırıb. Putin isə ABŞ prezidenti Co Baydenə Ukrayna məsələsinə görə ölkəsinə qarşı sanksiyalar tətbiq olunarsa, "münasibətlərin pozulacağını" deyib.

Bizimyol.info xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki prezidentlərin 50 dəqiqəlik telefon danışığı ilə bağlı açıqlama verib.

Bəyanata görə, Bayden Putini Ukrayna ilə bağlı gərginliyi azaltmağa çağırıb.

Rusiyanın Ukraynaya qarşı mümkün hərbi hərəkətinə gəlincə, “Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya Ukraynaya təcavüz edərsə, ABŞ və müttəfiqləri buna qətiyyətlə cavab verəcəklər”. Açıqlamada Baydenin yanvarın 10-da başlayacaq ABŞ-Rusiya təhlükəsizlik danışıqlarına və NATO ilə Rusiya arasında keçiriləcək dialoq prosesinə önəm verdiyi vurğulanıb.

Bayden onu da Putinə çatdırıb ki, gələn ay başlayacaq danışıqlarda irəliləyiş Rusiyanın Ukraynadakı gərginliyi azaltmasından asılıdır.

Ağ Ev ötən gün ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı təhlükəsizlik danışıqlarının yanvarın 10-da başlayacağını açıqlamışdı. NATO-nun baş katibi Yens Stoltenberq də yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını çağırmaq qərarına gəldiyini açıqlayıb.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Putin və Bayden arasında baş tutan 50 dəqiqəlik telefon danışığı ilə bağlı jurnalistlərə açıqlama verib.

Rusiyanın NATO-ya ABŞ-la iki müqavilə layihəsi, o cümlədən müxtəlif təhlükəsizlik təminatları ilə bağlı təkliflər göndərdiyini xatırladan Uşakov görüşdə sözügedən təkliflərin müzakirə edildiyini bildirib.

“Amerika tərəfinin bu sənədlərdə yer alan Rusiyanın narahatlığının məntiqini və mahiyyətini anlamaq istəyini nümayiş etdirməsi vacibdir”, - deyə Uşakov bildirib.

Bu mövzuda Rusiya ilə ABŞ arasında aparılan danışıqların əhəmiyyətinə işarə edən Uşakov: “Putin bu danışıqlarda nəticəyə ehtiyacımız olduğunu və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəticələr əldə etməyə çalışacağımızı vurğulayıb. Bayden bu fikirlə razılaşıb və bunu ciddi şəkildə qeyd etdi”.

Görüşdə Ukrayna məsələsinin də müzakirə edildiyini qeyd edən Uşakov: “Bayden açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatların Ukraynada silah yerləşdirmək niyyəti yoxdur.

Putin ABŞ-a göndərdiyimiz sənədlərdə də bu məsələyə mühüm yer ayrıldığını bildirib. Rusiya dövlət başçısı vurğulayıb ki, Amerika sərhədlərində silah yerləşdiriləcəyi çətin vəziyyətdə həmin məsələyə ABŞ necə reaksiya verərdisə, biz də elə hərəkət edəcəyik”, - deyə Uşakov bildirib.

Yuri Uşakov qeyd etdi: "Bayden Ukrayna sərhədində gərginliyin artacağı təqdirdə Qərb ölkələrinin Rusiyaya qarşı genişmiqyaslı iqtisadi, maliyyə və hərbi sanksiyalar tətbiq edəcəyinə diqqət çəkib. Lakin Putin buna reaksiya verib və "Qərbin görünməmiş sanksiyalar tətbiq etmək qərarına" kəskin münasibət bildirib. Bunun Rusiyanın Qərbdən tamamilə qopmasına və münasibətlərə ciddi zərbə vura biləcəyini söyləyib. Putin bunun böyük səhv olacağını bildirib. Son 30 ildə bu tip səhvlərə çox yol verilib. Ona görə də, indiki halda, başqa səhvlərə yol verilməməlidir”.

Uşakov deyib ki, Putin və Bayden arasında keçirilən görüşdə nüvə silahı məsələsi də müzakirə olunub”. dedi.

Uşakov deyib ki, Bayden Rusiya və ABŞ-ın Avropada və başqa yerlərdə sülh və təhlükəsizliyin qorunmasında mühüm rol oynamalı olduğunu vurğulayıb.

Rusiya ilə ABŞ arasında dialoqun davam etdirilməsinin vacibliyinə işarə edən Uşakov, "Bayden bu mövzuda gələcəkdə bizimlə bu mövqedən çıxış edəcəyini təsdiqlədi", - deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »