Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ildə 250 hadisə: İnsanlar dəm qazından niyə zəhərlənir?
Bir ildə 250 hadisə: İnsanlar dəm qazından niyə zəhərlənir?

2021-ci il ərzində 250-dən çox dəm qazından zəhərlənmə ilə bağlı müraciət daxil olub. Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Bizimyol.info saytına bildirib.

"Bu il ərzində iki nəfər dəm qazından boğularaq ölüb. Toksikologiya şöbəsinə edilən müraciətlərlə bağlı ümumi statistik məlumatlar dekabrın 30-u ictimaiyyətə açıqlanacaq",-deyə baş həkim əlavə edib.

Bəs insanların dəm qazından zəhərlənməsinin səbəbləri nədir?

Ruslan Əliyev Ruslan Əliyev

Azəriqaz İB-nin sədri Ruslan Əliyev Bizimyol.info saytına verdiyi müsahibəsində deyib ki, yaşayış evlərində dəm qazından zəhərlənmə və ölüm halları mənzillərdə təbii qazın yanma prosesinin düzgün getməməsi, yanma prosesinin pozulması nəticəsində baş verir: "Belə ki, qaz cihazlarının quraşdırıldığı otaqların texniki normalara cavab verməməsi, tüstü və ventiliyasiya kanallarının bina sahibləri tərəfindən vaxtaşırı təmizlənməməsi nəticəsində sormanın zəifləməsi başlayır. Qaz cihazlarının çıxışlarının kustar (əldəqayırma) qaydada hazırlanmış tüstü bacalarına birləşdirilməsi, qaz cihazlarına, tüstü borularına və ventilyasiya kanallarına texniki qulluq göstərilməməsi, yaşayış binalarının mənzillərində və dam örtüklərində aparılan təmir işləri zamanı tüstü yollarının müxtəlif səbəblərdən bağlanması və ya dağılması, tüstü bacaları əvəzinə ventilyasiya kanallarından istifadə edilməsi yanma prosesinin düzgün getməməsinə səbəb olur.

Tüstü bacalarının hündürlüyü isə binanın damından çıxdığı yerdən ən azı 0,5 m hündür olmalıdır", - deyə sədr əlavə edib.

R.Əliyev bildirib ki, 2022-ci ildə dəm qazından baş verən bədbəxt hadisələrin qarşısının alınması məqsədilə tədbirlər davam etdiriləcək: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixində imzalanmış 180 saylı qərarla “Qazdan istifadə Qaydaları”nda edilmiş müvafiq dəyişikliklərə əsasən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin, qeyri yaşayış obyektlərində isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilib.

Respublikada qaz paylayıcısi olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən televiziya və radio, eyni zamanda sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq qazdan təhlükəsiz istifadə qaydalarının təbliğatı və vətəndaşların maarifləndirilməsi işləri payız-qış mövsümünə hazırlıq məqsədilə mutəmadi aparılır. Bu işlər növbəti ildə də davam etdiriləcək", - deyə Əliyev söyləyib.

Ölkədə son bir il ərzində dəm qazından boğularaq ölənlərin ümumi statistikası ilə bağlı Azərbaycan Respublikasının Statistika Komitəsinə müraciət etdik.

Qurumdan bildirildi ki, komitənin saytında müxtəlif ölüm səbəbləri ilə bağlı məlumatlar dərc edilsə də, sırf dəm qazından ölüm halları ilə bağlı müşahidə aparılmayıb.

"Statistika komitəsində ölüm səbəbləri illik hesabatda işlənilir. Həmin məlumatlar Səhiyyə Nazirliyi tərəfindən komitəyə təqdim edilən xəstəliklərin beynəlxalq təsnifatına görə hazırlanır. Həmin təsnifatda ümumi zəhərlənmələrlə bağlı məlumatlar yer alır", - deyə qurumdan bildirilib.

Samirə Əli, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »