Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakarya Universitetində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qeyd edilib
Sakarya Universitetində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qeyd edilib

Sakarya Universiteti Azərbaycan Kültür və Dayanışma İcmasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” tədbiri keçirildi.

Sakarya Universiteti rektoru Prof. Dr. Fatih Savaşan, Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm Yüce, Sakarya Şəhər Jandarma Komutanı Albay Aydın Kutlu, Sakarya Şəhər Miqrasiya İdarəsinin müdiri Hülya Qorqud, Sakarya Qubernatorluğu Şəhər Sosial Araşdırmalar və Layihə rəhbəri Taylan Şanlı, SUBU rektoru Mehmet Sarabıyık, səs sənətçisi Akif Yener, Prof. Dr. Ferruh Tuzcuoğlu, fakültə müəllimləri və çox sayda tələbə qatıldı.

Bir dəqiqəlik sükutla və hər iki ölkənin dillərində oxunan Dövlət Himninin ardından açılış nitqləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Kültür və Dayanışma İcmasının rəhbəri Sahib Həşimov, “Biz ən böyük həmrəyliyi keçən il bütün dünyaya göstərdik. Müharibə zamanı Azərbaycanda olan hər kəs dövlət başçımızın ətrafında birləşərək dəmir yumruq oldu və birliyimizlə itirdiyimiz torpaqları cəmisi 44 günə geri aldık. Biz cəbhədə savaşıb şəhid olarkən eyni ağırlıqda bir savaş da masada gedirdi. Tanrıya şükürlər olsun ki həm masada, həm də cəbhədə qalib gəldik. Birliyimiz, həmrəyliyimiz əbədi olsun” dedi.

Azərbaycan Kültür və Dayanışma İcmasının rəhbəri Sahib Həşimov Azərbaycan Kültür və Dayanışma İcmasının rəhbəri Sahib Həşimov

Proqramın açılışında çıxış edən Sakarya Üniversiteti rektoru Prof. Dr. Fatih Savaşan, “Azərbaycan bizim qardaş ölkəmizdir. Biz birlikdəyik, ortaq keçmişimiz var. Ümid edirəm ki, bizim də ortaq gələcəyimiz olacaq” - deyə ürək sözlərini bildirib.

İki qardaş xalq arasında əməkdaşlığın və həmrəyliyin daha da dərinləşəcəyinə ümid etdiyini bildirən prof. Dr. Savaşan, "Türkiyədə təhsil alan Azərbaycan vətəndaşı olan Türk gənclərimiz sayəsində əlaqələrimizi daha da dərinləşdirəcək və bununla da insanlığa başqa bir dünya təqdim edəcəyik" dedi.

Proqramın qonaqlarından olan Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Ekrem Yüce Türkiyə ilə Azərbaycanın bir-birindən ayrılmaz iki millət olduğunu vurğulayıb:

“Biz iki dövlət olsaq da niyyətimiz qardaşlığımız və üfüqümüz, mədəniyyətimiz, adət-ənənəmiz və ənənələr birdir”.

Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Ekrem Yüce Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Ekrem Yüce

Proqramın davamında səs sənətçisi Akif Yener tarixdə Sakarya üçün yazılan ilk mahnı olan "Onun adı əfsanəvi Sakarya" mahnısını ifa edib.

Tədbirdə şeirlər oxunub, Azərbaycana xas olan çoban rəqsi kimi müxtəlif milli rəqslər ifa olunub.

çoban rəqsi

milli rəqs

Sahib Həşimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »