Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2021-də itirdiyimiz tanınmışlar: Ürək ağrıdan siyahı
2021-də itirdiyimiz tanınmışlar: Ürək ağrıdan siyahı

İki ildir ki, dünyada tüğyan edən koronaviurs pandemiyası Azərbaycandan da yan keçməyib. Bu müddət ərzində minlərlə insan dünyasını dəyişib. Onlar arasında tanıdıqlarımız, sevdiklərimiz də olub. Bizimyol.info saytı 2021-ci ildə koronavirusdan dünyasını dəyişən sənət adamlarını bir daha sevgi ilə yada salır.

Hamının Rəmiş kimi tanıdığı tanınmış gitara ifaçısı Rafiq Hüseynov da koronavirusun qurbanı olub. Koronavirusa yoluxan 76 yaşlı ifaçı Bakı Sağlamlıq Mərkəzində müalicə alırdı. O, bu il aprelin 5-də vəfat edib.

Rəmiş Rəmiş

“Əllərin əlimə dəymir nə vaxtdır” mahnısı ilə bir zamanlar gənclərin sevimliis olmuş müğənni Baloğlan Əşrəfov da bu il koronavirusun qurbanı oldu. Sənətkar bu il aprelin 27-də 69 yaşında vəfat edib.

Baloğlan Əşrəfov

Hamının gülüş ustası kimi tanıdığı ancaq həyatı məhrumiyyətlərlə keçən aktyor Arif Quliyev də bu il koronavirusun qurbanlarından oldu. O, yaşamaq uğrunda günlərlə mübarizə aparsa da, sonda yenildi. Aktyor, mayın 7-də müalicə aldığı xəstəxanada vəfat edib.

90-cı illərdə hamının sevimlisi olan, “Bəyaz Gecələr” mahnısı ilə populyarlaşan Səyyad Əlizadə bu ilin oktyabr ayında koronavirusdan dünyasını dəyişdi. Sənətçi koronavirusa yoluxduqdan sonra vəziyyəti ağır olduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.

Səyyad Əlizadə

Səməd Səmədov da pandemiyanın qurbanı oldu. Bu il itirdiklərimiz sırasına onun da adı yazıldı. Səməd Səmədov, iyulun 24-də müalicə aldığı xəstəxanada 75 yaşında dünyasını dəyişib.

Səməd Səmədov

Gənc xanəndə Tuqay İsmayılov koronavirusdan dünyasını dəyişib. O, bu il avqustun 19-da aramızdan ayrıldı.

Tuqay İsmayılov Tuqay İsmayılov

Ürəklərdə daim “Ayrılıq” mahnısının ifaçısı kimi yaşayacaq Yaqub Zurufçu, bu il sentyabrın 14-də koronavirusdan dünyasını dəyişib. Virusa yoluxan sənətkar “Yeni klinika”-da süni nəfəs aparatına qoşulsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yaqub Zurufçu Yaqub Zurufçu

Başqa bir ağır itkimiz isə Azərbaycan Xalq rəssamı Tahir Salahovdur. Dünya şöhrətli rəssamımız 21 may 2021-ci il tarixində dünyasını dəyişib.

Tahir Salahov Tahir Salahov

Bu il koronavirusdan onlarla jurnalist həmkarımız, ictimai fəallar, psixoloqlar, həkimlər və başqaları dünyasını dəyişdi.

Koronavirusdan ölüm “urvatsız ölümdür” deyirlər. İllərlə müxtəlif xəstəliklərlə mübarizə aparan bir şəxs, belə bir dəyişkən xarakterə sahib virusun qarşısında bütün müqavimətini itirir.

İtirdiklərimizin yeri heç bir zaman dolmayacaq. Bəlkə də, onlar Azərbaycan mədəniyyətinin sonuncu incilərindən idi. Hər birinin öz sevəni, öz pərəstişkarı var idi. Sadəcə ailəsini deyil, onları da varlığından ayırdı.

Allah itirdiklərimizə rəhmət eləsin.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »