Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bölgələrdə Yeni il tətili: Primitiv xidmət, qışqıran qiymət
Bölgələrdə Yeni il tətili: Primitiv xidmət, qışqıran qiymət

Bu gündən 5 günlük tətil başlayır. O qədər uğursuz olmasa da, kəsib atıb, yandırmasa da, ortabab keçən bir ili də başa vururuq. Bütün ili işləyən, istirahət etmək üçün il sonu tətilini gözləyənlər Yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif bölgələrindəki hotellərə üz tuturlar. Bu il qiymətlər o qədər od tutub yandırmasa da, bahadır.

İndi 4 nəfərlik ailə üçün bölgələrdəki qiymətlərlə tanış olaq:

Məsələn, Quba rayonunda 4 nəfərlik ailə üçün iki günlük tətilin qiyməti 160 manatdan başlayır. Bura demək olar ki, sadəcə, otaq daxildir. Yemək, əyləncə üçün isə əlavə xərc tələb olunur. Bir qədər keyfiyyətli bayram keçirmək istəyənlər isə, bir qədər çox pul xərcləməlidir. Quba-Qusar rayonu ərazisində hotellərin qiyməti 4 nəfərlik ailə üçün iki günlük orta qiymət 500, bir qədər baha isə 800 manatdır. Bura əyləncə də daxildir. Amma yemək üçün yenə əlavə xərclər tələb edilir.

Qeyd edək ki, Azərbaycan hotellərində hər şey daxil sistemi demək olar ki, yoxdur. Əslində “hər şey daxil” sistemi hotellər üçün sərfəli bir sistem deyil. Çünki bəzən vətəndaşlar “pulunu ödəmişəm” deyib yeyə bilməyəcəkləri qədər qida götürür və sonradan bu qidalar atılır.

Qəbələdə iki günlük tətil isə 4 nəfərlik ailə üçün 200 manatdan başlayır. Bu qiymətə yalnız otağın qiyməti daxildir. Qidalanma, əyləncələr və s. digər fəaliyyətlər üçün isə, əlavə vəsait tələb olunur. Qəbələdə bayramı 700 manata da qarşılamaq olar, 1500 manata da. Baxır vətəndaşın büdcəsinə.

Şəkidəki hotellərin Yeni il qiyməti isə, 180 manatdan başlayır. Yəni iki gün 4 nəfərlik ailə 180 manat ödəyərək özü üçün qalmağa yer tapa bilər. Təbii ki, bu qiymətə əyləncə və qidalanma daxil deyil. Bu qiymətə qalmaq istəsəniz, özünüz üçün əyləncə və qidanı təşkil etməlisiniz. Şəkidə iki günü 700 manata da istirahət etmək mümkündür.

Gəncənin hotellərində isə qiymətlər 200 manatdan başlayır. Bu qiymətə də əyləncə və yemək daxil deyil. Əyləncə üçün bir qədər çox xərcləməli olacaqsınız. Yəni 4 nəfərlik ailə 2 gün əyləncə daxil 900 manata istirahət edə bilər.

Bayramı Kürün kənarında - Mingəçevirdə keçirmək istəyən ailə iki gün üçün 700 manat ödəməli olacaq. Bura əyləncə də daxildir.

Nabranda hotellər isə çoxdan doludur. Yəni istəsəniz də, Nabranda istirahət edə bilmək üçün yer tapa bilməyəcəksiniz.

Qısacası, hər kəs bu bayramı büdcəsinə görə keçirə bilər. Bayramı gözəl əhval-ruhiyyə ilə qarşılamaq üçün heç də yer dəyişməyə, hotel axtarmağa ehtiyac yoxdur. Əgər az da olsa, büdcəniz bayram keçirməyə imkan verirsə, evinizdə doğmalarınızla da Yeni ili qarşılaya bilərsiniz.

İnsanın ürəyi Yeni ili qarşılamağa hazır olmalıdır. İstər günü 5000 manat olan hoteldə olsun, istərsə də kirayə qaldığınız evdə. İçinizdə bayram əhvalı yoxdursa, yerinizdən asılı olmayaraq eyni hissi yaşayacaqsınız. Öncə, ürəyinizdə  bayram olsun.

Bayramınız mübarək!

İlahin, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »