Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbir keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbir keçirilib

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbirin məqsədi müxtəlif türk ölkələrindən olan uşaqları bir araya gətirərək türk xalqlarının zəngin adət-ənənələrini, maddi mədəni irsini nümayiş etdirməkdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, uşaqları bu məkanda görmək hamıya sevinc bəxş edir, çünki onlar türk dünyasının ab-havasını özlərilə gətirirlər. Günay Əfəndiyeva türk dünyasını “Ulu ağaca” bənzədərək, “Türk xalqlarını ağacın budaqları, uşaqları isə həmin budaqların qönçələri” adlandırıb.

Sabah Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunacağını bildirən Günay Əfəndiyeva bu bayramı bütün türk dünyasına şamil edib: “Türk xalqları nümayəndələrinin həmrəyliyi Qarabağ Zəfərində, azad olunmuş torpaqların bərpasında bütün dünyaya sübut edilmişdir. Eyni zamanda, bu il bütün türk dünyası dahi şairlərimizin - Nizami Gəncəvinin Yunus Əmrənin, Əlişir Nəvainin və digər böyük sənətkarlarımızın ildönümlərini təntənəli qeyd edib”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbir keçirilib

Uşaqları Yeni il münasibətilə təbrik edən Fondun prezidenti gələcəkdə onların tək ailədə deyil, bütün türk dünyasında bir-birinə dəstək olmalarını arzulayıb. Günay Əfəndiyeva XXI əsri bütün “Türk dünyasının çiçəklənən əsri” olacağına inandığını qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqlar həyatın davamıdır, bizim ümidimiz, nicat və inkişafımızdır. Hər bir insan bu yolu keçir. İlk olaraq niyyət, arzu kimi dünyaya gəlir sonra şəxsiyyətə çevrilir və təmsil etdiyi xalqı üçün fayda verməyə başlayır.

Uşaqları torpağa səpilmiş bir toxuma bənzədən Bahar Muradova bildirib ki, o torpaq münbit olarsa ora əkilmiş gül, çiçək, ağac tez böyüyüb qol-budaq atacaq. “Bütün türk dünyasında, adına türk deyən bir insan varsa məsələyə məhz bu cür münasibət göstərir. Çünki bizim vahidliyimiz, birliyimiz məhz bir kökdən qidalanır. Bizim üçün ailə, uşaq və birgə gələcək çox vacib amildir. İnanıram ki, uşaqlar əzəmətli çinar ağacı kimi ətrafına kölgə salıb, bütün türk dünyasının dəyərlərini qoruyacaq”, - deyə Bahar Muradova bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib: “Bu məkan tarixə, mədəniyyətə, ədəbiyyata ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sadəcə türk xalqlarının şəxsiyyətlərinin tanıdılmasını deyil, həm də onların adı ilə bağlı tədbirlərdə iştirak edir. Bu torpaqlar bizim ata torpaqlarımız olduğundan qardaşlığımızın mayası olan hər şeyi yeni nəsillərə ötürməli, Qazaxıstandan tutmuş Türkiyəyə qədər bütün türk dünyasının mədəniyyətini, tarixini, dahi şəxsiyyətlərini qorumalıyıq. Bu mənada müxtəlif türk ölkələrindən olan uşaqları burada görmək ayrı bir gözəllikdir”.

Səfir çıxışının sonunda Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənərək inkişaf edəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən və Türkmənistandan olan uşaqlar təmsil etdikləri dövlətlərə məxsus şeir və mahnılar səsləndiriblər.

Tədbir çərçivəsində Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs kollektivinin təqdimatında nağıl qəhrəmanlarının obrazları canlandırılıb, türk ölkələrinin milli rəqsləri nümayiş olunub.

Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »