Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank kapitallaşmanı uğurla başa çatdırıb
Unibank kapitallaşmanı uğurla başa çatdırıb

Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb.

Kapitallaşma proqramı iki komponentdən ibarət idi:

  • Subordinasiya borcunun cəlb olunması yolu ilə
  • Əlavə səhm buraxılışı ilə

Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə “Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.

Kapitallaşmanın ikinci mərhələsi olan əlavə səhm buraxılışı və bu səhmlərin yerləşdirilməsi isə ötən həftə uğurla başa çatdırılıb. Bakı Fond Birjasında hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd sənədsiz səhmlərinin yerləşdirilməsi ilə “Unibank”ın nizamnamə kapitalı 5 milyon manat artıb. Beləliklə də Bank birinci mərhələdə 25,5 milyon manat, ikinci mərhələdə isə 5 milyon manat cəlb etməklə, məcmu kapitalını ümumilikdə 30 milyon manatdan çox artırıb. Kapitallaşmanın başa çatması nəticəsində Bankın məcmu kapitalı 111 milyon manata, nizamnamə kapitalı isə 130 686 357,60 manata çatıb.

Unibank bina

Bankın uğurlu inkişafının və müştəri bazasının artmasının nəticəsi olaraq, aktivlərin həcmi 1 milyard manatı ötüb. Kapitalın artımı bu trendin gələn il də davam etməsinə imkan yaradır.

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.

Unibank - Sənin Bankın!

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »