Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimi ərzağa möhtac buraxanlar…
Alimi ərzağa möhtac buraxanlar…

Bir neçə gün əvvəl Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə AMEA-nın 100-ə yaxın əməkdaşına ərzaq yardımı edilib. AMEA-dan bununla bağlı məlumat verilərək bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub.

Bu xəbəri oxuyanda ürəyim lap cız elədi. Bu yardım Azərbaycanda alimlərin möhtac yaşamasının daha bir əyani sübutu, görmək istəmədiyimiz acı gerçəklər idi. Axı niyə alim möhtac, ehtiyac içərisində yaşamalıdır? Ölkənin “beyinləri” niyə özlərindən savadca qat-qat aşağı olan kimlərəsə ovuç açmalıdır?

Bu yerdə yadıma müğənni Nadir Qafarzadənin uzun müddət əvvəl işlətdiyi bir cümlə yadıma düşdü. “Bir gedin alimin soyuducusuna baxın, bir də mənim”. Təəssüf ki, haqlı imiş. Bilirmiş bu ölkədə alimlərin hansı şəraitdə, hansı şərtlər altında yaşadığını, bu ölkədə pulun alimdə yox, “manıs”da olduğunu.

Digər bir məsələ isə odur ki, ölkədə gənclər, körpə uşaqlar belə artıq “haqq yolu”nu bilirlər. Uşaqlar arasında keçirilən sorğular qarşınıza çıxıbsa, nədən bəhs etdiyim sizə aydındır. Deyilsə, deyim…

Əvvəllər uşaqlara “kim olmaq istəyirsən?” deyə sual verdikdə bütün saflıqları ilə arzuladıqları peşələrin adlarını səsləndirirdilər. Amma indi bu saflıq məhv olub. Daha doğrusu, zorla məhv edilib. İndiki uşaqların çoxu pul gətirən, yaxşı “gəlir”i olan, yüksək maaş alan, rüşvət toplaya bilən sahələri seçirlər və səbəbini də açıq-aşkar etiraf edirlər. Çünki yaxşı görürlər ki, cəmiyyətimizdə kimlərə dəyər verilir.

Bu gün elm, savad baxımından yetərli kadlar yetişmirsə, bunun günahını yalnız özümüzdə axtarmalıyıq.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »