Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Putindən sonra Zelenski ilə danışacağı gözlənilir
Baydenin Putindən sonra Zelenski ilə danışacağı gözlənilir

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Rusiya prezidenti Vladimir Putinlə danışdıqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin də danışa biləcəyini istisna etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Nikiforov "UNIAN"a şərhində bildirib.

O xatırladıb ki, dekabrın 29-da Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

"Bu, qismən Putinlə Bayden arasında bugünkü söhbətə toxundu. Ona görə də Bayden Putinlə sonuncu dəfə danışanda olduğu kimi, əvvəlcə Blinken bizə zəng etdi, sonra Bayden Putinlə, daha sonra prezident Zelenski ilə danışdı. Ona görə ardıcıllığın yenə də eyni məntiqlə davam etdiriləcəyini düşünürük. Və mən istisna etmirəm ki, Bayden və Zelenski yaxın gələcəkdə danışacaqlar”, - deyə Nikiforov bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »