Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan Samir Məmmədov Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək verdiyi məlumata görə, qızı 2003-cü il təvəllüdlü Fidan Məmmədovanın yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat verib.
F.Məmmədova arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012) 590-72-03 və (050) 222-82-80, (055) 211-81-74, (051) 571-03-71 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.