Ukraynalı deputat Yelizaveta Yasko Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Qoridəki xəstəxanadan zorla çıxarıldığını bildirib.
Bizimyol.info xəbər verir ki, deputat bu barədə öz "Facebook" səhifəsində yazıb.
Y.Yasko Mixail Saakaşvilinin Qoridən naməlum istiqamətdə aparıldığını bildirib.
"Mixail Saakaşvili Gürcüstan vaxtı ilə gecə saat 2-də Qori xəstəxanasından oğurlanıb. Saakaşvilinin hansı vəziyyətdə olduğunu, həbsxanaya aparılarkən huşunun olub-olmadığını heç kim bilmir", - deyə Saakaşvilinin sevgilisi bildirib.
Xalq deputatı bunun bilərəkdən elə gec vaxtda edildiyini, ona görə də bu hərəkətlərin “Gürcüstan və Ukraynada daha hiddətə səbəb olacağını” vurğulayıb.
Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya da "Facebook"da onun oğurlanması ilə bağlı məlumatı təsdiqləyib.
Bizimyol.info