Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda Kral Qvardiyasının mühafizəçisi yoluna çıxan uşağı taptalayıb keçdi - Video
Londonda Kral Qvardiyasının mühafizəçisi yoluna çıxan uşağı taptalayıb keçdi - Video
Kral Qvardiyasının üzvü Londonda London Qülləsində vəzifəsini yerinə yetirərkən təsadüfən yoluna çıxan uşağı tapdalayaraq keçib.

Bizimyol.info xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Bir qrup turist ayı dərisindən təntənəli papaq geyinmiş iki mühafizəçinin meydançadan keçərkən şəklini çəkib. Saniyələr sonra azyaşlı əsgərlərdən birinin yoluna çıxıb. Bu zaman əsgər uşağa qışqıraraq yol istəyib. Mühafizəçi yoldan çəkilməyə macal tapmayan uşağı yıxaraq turistlərin gözü önündə onun üstündən keçib.

Hadisənin axınlıqdakı turislər tərəfindən çəkilən videogörüntüləri yayılıb.

Mühafizəçinin ayaqları altında qalan oğlanın sağlıq durumu ilə bağlı müayinə təşkil edilib. Uşaqda ciddi xəsarətin olmadığı bəlli olub.

Kraliçanın Mühafizəçisinə Böyük Britaniyanın hər yerində rəsmi iqamətgahları mühafizə etmək tapşırılıb. Kimsə mühafizəçilərin yolunu kəsərsə, onlar qışqırırlar: “Kral mühafizəçisinin yolu”. Tüfəngi qaldırmaq "son xəbərdarlıqdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »