Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpəyə verilən süni qida ailəni problemlə üz-üzə qoydu: Xəstəxanadan ağlasığmaz cavab
Körpəyə verilən süni qida ailəni problemlə üz-üzə qoydu: Xəstəxanadan ağlasığmaz cavab

Bu gün doğum evlərində yeni doğulmuş körpələrə süni qidaların verilməsi məsələsinə toxunmuşduq. Bu mözvuda daim mübarizə aparan pediatr Aytən İsmayılzadə öz facebook hesabında mövzu ilə bağlı paylaşım edib və bildirir ki, Sumqayıt Hospitalda yeni doğulmuş körpəyə “Humana” süni uşaq qidası yazılıb və anaya " üç saatdan bir ver "deyilib. Uşaqda indi allergik səpkilər yaranıb və dəri yanır.

“Son dönəmlərdə doğum evlərində üç süni qida vardı. Nutrilak, Similak, Friso. Nutrilak, Similak ikisi bir şirkətindir. Similak süni qida kimi guya superdi və Vip klinikalarda qoyulub. Nutrilak isə rayon yerlərində doğum şöbələrində , "Respublikanski" də qoyulub. Yenilikdə eşitdiyimə görə isə Humananı da bu şirkət alıb və doğum evlərinə salıb. Yəni üç yeməkdən hər hansı biri alınsa, bir adamın cibinə gedir”.

Həkim bildirir ki, onlar körpələrin ana südü haqqını tələb edirlər və həkimlərin, tibb bacılarının, anaların bu mövzuda susmamasını istəyirlər.

“Siz susduqca körpələrin ağzından butulka əksik olmayacaq. Həyasız, vicdansız işbazların yeri bizim körpələrin doğulduğu yer deyil. Onların yeri bazardır, piştaxtadı, marketdi. Elə onlarla alver edən həkimlərin də yeri ordadır”.

Məsələ ilə bağlı Sumqayıt Hospitalla əlaqə saxladıq. Telefonlara cavab verən operator xanım mövzunu öyrəndikdən sonra icraçı direktorun müavini ilə danışdıqlar apardığını və onun bu məsələnin telefonla həll olunan məsələ olmadığını, şikayətlə bağlı xəstəxanaya yaxınlaşmalı olduğumuzu bildirdiyini söylədi.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »