Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barda müştərini döyərək öldürənin cinayət işi məhkəməyə göndərilib
Barda müştərini döyərək öldürənin cinayət işi məhkəməyə göndərilib

“Beerlin Pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən Orxan Şahbazovun ibtidai istintaq başa çatıb, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyməklə ona qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirib.

Nəticədə V.Mustafayevbu il avqustun 30-da saat 08:10-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Orxan Şahbazov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

Son xəbərlər
Bütün xəbərlər »