Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var
Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var

Goranboyda minik avtomobili ilə traktorun toqquşması nəticəsində sürücü dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “ВАЗ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər
Bütün xəbərlər »