ABŞ-ın dövlət katibi Entoni Blinken Fransanın xarici işlər nazirləri Jan-İv Le Drian, Almaniya Annalena Berbok və Böyük Britaniya Elizabet Truss ilə Ukrayna ətrafındakı vəziyyətə yanaşmaların əlaqələndirilməsi və Rusiyanın təcavüz edəcəyi halında birgə cavab tədbirlərini müzakirə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays yaydığı yazılı bəyanatda deyilir.
“Onlar Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti təcavüzünün qarşısını almaq üçün koordinasiyanın davam etdirilməsinin vacibliyini müzakirə ediblər. Bu cür hərəkətlərin böyük nəticələrini, Rusiyaya sarsıdıcı zərbənin vurulmasını təmin etmək üçün müttəfiqlər arasında konsensusun mövcudluğunu bir daha təsdiq ediblər”, - deyə mətndə deyilir.
"Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Bu cür məlumatlar boş və əsassız yerə gərginliyin artmasına xidmət edir. Rusiya heç kim üçün təhlükə yaratmır", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bizimyol.info