Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In tanınmaz hala düşüb - Foto
Kim Çen In tanınmaz hala düşüb - Foto

Qlobal böhran günləri həm də Şimali Koreya lideri Kim Çen Inın kölgəyə çəkilməsi ilə yadda qaldı. Qapalı rejimin rəhbəri iki ildir ictimaiyyət qarşısında az hallarda görünür. Onun hansısa ciddi xəstəlikdən əziyyət çəkdiyi aşkardır. Kim Çen In dayanmadan çəki itirir.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya lideri yenə arıqlayıb. Koreya Əmək Partiyasının növbəti iclasında görünən Kim Çen Inın tanınmaz hala düşüb. Ölkə rəhbərinin televiziyadakı sön görüntülərdən sonra nəzərəçarpan dərəcədə çox çəki itirdiyi göz qabağındadır.

Kim Çen Inın hansı xəstəlikdən əziyyət çəkməsi gizlədilir. Düzdür, kəskin arıqlamaq Şimali Koreya liderini formaya salıb. Amma onun belə çəki itirmək istəməsi inandırıcı görünmür. Kim Çen Inı xəstəlik əldən salır.

Hələ 2020-ci ildə ölkə başçısının fəal siyasətdən getməsi müzakirə olunurdu. Kim Çen In özü də çıxışlarında bundan bəhs etməkdən çəkinmirdi. Prezidentin bacısı Kim Yo Çjon səhnəyə çıxmağa başlamışdı. Qonşu Cənubi Koreya mətbuatı yazırdı ki, artıq vacib qərarları qadın siyasətçi verir.

2021-ci ildə siyasi ovqat fərqli təsir bağışlayır. Kim Çen In yenə özünü ölkənin əsas söz sahibi kimi göstərməyə başlayıb. Partiyanın iclasında çıxışlara diqqətlə qulaq asıb. Burada geridə qalan ildə ölkənin durumu müzakirə olunub. Bundan başqa, gələcəklə bağlı planlardan danışılıb.

Partiyanın iclasındakı müzakirələrdən hiss olunur ki, Kim Çen In iqtisadi böhrandan çox narahatdır. Ölkə əhalisi yenə aclıqla üz-üzə qalıb. Asiya ölkələrinin əksərində müşahidə olunan quraqlıq şimalikoreyalıları da çətin vəziyyətdə qoyub.

Kim Çen In Kim Çen In

Avqustda Şimali Koreyadan daha bir qadağa xəbəri gəlmişdi. Onda əhaliyə Kim Çen In səhhətini müzakirə etməyin yasaq olunduğu bildirilirdi. Onun kəskin arıqlaması söz-söhbətə səbəb olmuşdu. Bir vaxtlar çəkisi 140 kiloqrama çatan Şimali Koreya lideri halsız təsir bağışlayır. Ölkə başçısının yeni görkəminin Qərb mətbuatında müzakirəyə çıxarılacağı şübhəsizdir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »