Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa mətbuatında Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə dərc olunub
Polşa mətbuatında Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə dərc olunub

Polşanın tanınmış “Tribuna“ qəzetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi dərc olunub.

Bizimyol.info saytı Fonda istinadən xəbər verir ki, Günay Əfəndiyeva Nizami Gəncəvinin ədəbi irsinin Azərbaycan və dünya ədəbiyyatındakı rolu ilə bağlı sualları cavablandıraraq, şairin yaradıcılığının dünya ölkələrində geniş təbliğinin vacibliyindən danışıb.

Fondun prezidenti Nizami Gəncəvini Azərbaycan, Türk dünyası və bütövlükdə dünya ədəiyyatının zirvələrindən biri kimi qiymətləndirərək, əsrlər keçməsinə baxmayaraq şairin yaradıcılığının öz aktuallığını qoruduğunu bildirib. Günay Əfəndiyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradan Nizami Gəncəvinin dünyamiqyaslı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. Fondun prezidenti bütün Türk Dünyasının dahi sənətkarı Nizaminin yaradıcılığının Homer, Firdovsi, Dante, Servantes, Şekspir, Höte, Tolstoy yaradıcılığı kimi milli hüdudlarla məhdudlaşmadığını bildirib. O, Nizaminin poeziyasının multikultural bəşəri ideyalar baxımından zəngin olduğunu vurğulayıb. Fondun prezidenti şairin müxtəlif xalqların nümayəndələrinin obrazlarını öz əsərlərində yaratmaqla müasir dövrümüzlə səsləşən dəyərlər toplusu formalaşdırdığını qeyd edib. Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsinin bütün Türk dünyasının ədəbiyyatı və mədəniyyətinə verilən yüksək dəyər olduğunu bildirib.

Günay Əfəndiyeva “Nizami İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən silsilə tədbirlərin keçirildiyini, o cümlədən içərisində uşaqlar üçün də uyğunlaşdırılmış müxtəlif dillərdə şairin kitablarının çap olunduğunu, Azərbaycan və Türkiyədə Fondun himayəsi altında yaradılmış “Dədə Qorqud” Kamera Orkestrının ifasında şairin şeir və poemalarına bəstələnmiş musiqi əsərlərindən ibarət ədəbi-bədii gecələrin təşkil edildiyini, eləcə də Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində polyak dilində hazırlanmış Nizami poeziyasının nümunələrindən ibarət kitabın işıq üzü gördüyünü və dahi mütəfəkkirin Polşada yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »