"Şüşə MMC-nin keçmiş baş direktoru əvvəlki vəzifəsini icra edir"
Məlum olduğu kimi, səhmlərinin böyük hissəsi dövlətə məxsus ASK-Group MMC-nin tərkibində fəaliyyət göstərən Şüşə MMC-nin Baş direktoru Səməd Nəbiyev vəzifəsindən azad edilib və onun yerinə Türkiyə vətəndaşı Cüneyt Cebeci təyin edilib.
ASK-Group MMC-dən Bizimyol.info saytına bildirilib ki, Səməd Nəbiyev yenidən Şüşə MMC-də istehsalat üzrə direktor müavini vəzifəsinə təyin edilib.
"O, cari ilin may ayının 21-nə qədər həmin vəzifədə işləyirdi. Həmin tarixdə isə, Şüşə MMC-nin baş direktoru vəzifəsinə təyin olundu. Səməd müəllim dekabrın 13-nə qədər bu vəzifəni müvəqqəti icra edirdi. Bu tarixdə yenidən köhnə vəzifəsinə təyin olundu. Onun yerinə isə, Türkiyə vətəndaşı Cüneyt Cebeci təyin edilib".
Rövşən Ziya, Bizimyol.info