Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və Rusiya Litvaya niyə təzyiq göstərir...
Çin və Rusiya Litvaya niyə təzyiq göstərir...

Litvanın adı gündəmə çox gəlməyə başlayıb. Baltikyanı ölkə Belarus hadisələrində müxalifətə açıq dəstək verirdi. Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya ölkəni tərk edəndə məhz Vilnüsə üz tutmuşdu. Litvanın adı miqrant böhranında da çox çəkilirdi. Üstəlik, Çin bu ölkəyə ticarət müharibəsi elan edib.

Bizimyol.info xəbər verir ki, Pekin və Moskva Vilnüsə təzyiqləri artırıb. Litvanın ortaya qoyduğu siyasət, bölgədə davranışı Çinin, Rusiyanın xoşuna gəlmir. Pekin hesab edir ki, Vilnüsə təzyiq ABŞ-ın Asiyadan ayağını kəsməyə xidmət edə bilər.

Qərb mətbuatında Tod Lindberqlə Piter Rafın qələmə aldığı yazıda Litvanın Rusiya və Çinin hədəfinə çevrilməsindən bəhs olunur. Asiya dövlətinin rəhbəri Si Tszinpin Vilnüsə rahatlıq verməmək istəyini gizlətmir. O, bu davranışla müttəfiqlərinin ABŞ-a sədaqətini yoxladıqlarını düşünür.

Vladimir Putin Litvaya təzyiq üçün Belarus kartını işə salıb. Miqrant axını ilə Baltikyanı ölkəyə başağrısı yaradılır. Üstəlik, Kalininqrad vilayətində hərbi güc artırılıb. Buranın Litvanın qonşuluğunda yerləşməsini nəzərə almaq lazımdır.

Litva ayrıca Çini qıcıqlandırmağı bacarıb. Vilnüs Pekinin təşəbbüskarı olduğu 17+1 formatından çıxmaq qərarı verib. Bundan sonra Litvanın paytaxtında Tayvanın nümayəndəliyi açılıb. Çin belə şeyləri bağışlaya bilməz. Buna görə Almaniyanın Kaunasda fəaliyyət göstərən “Continental” şirkətinin zavodunda istehsal edilən mallara qadağa qoyulub.

Tszinpin və Putin Litvanın NATO-nun və Avropa İttifaqının maraqlarını bu qədər həvəslə müdafiə etməsini istəmir. Vilnüs qeyri-fəal mövqeyə keçsə, ABŞ da zamanla Asiyadan uzaqlaşar. Xüsusilə Çin hökuməti buna çox əmindir.

Litvanın strateji mövqeyi də böyük əhəmiyyət daşıyır. 2014-cü ildə Rusiya Krımı ələ keçirəndə NATO Baltikyanı ölkələrdə və Polşada hərbi gücünü artırmışdı. Litva indi də alyansın dəstəyinə çox ehtiyac duyur. Dəstək olmasa, Vilnüsün başı çox ağrıyacaq. İş hətta Rusiyanın hərbi müdaxiləsinə qədər gedib çıxa bilər.

Aytən, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »