Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dekabr ayında Alyaskada ölçülən istilik rekord qırdı
Dekabr ayında Alyaskada ölçülən istilik rekord qırdı

Qlobal istiləşmənin təsirləri hər gün özünü daha çox hiss etdirir. Belə ki, dünyanın ən soyuq yerlərindən alınan temperatur rekordu xəbərləri iqlim böhranının miqyasını ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, ən son temperatur rekordu xəbəri Alyaskadan gəlib. Qeyri-adi bir mövsüm keçirən Alyaskada gündüz saatlarında temperatur 15,5 dərəcəyə çataraq leysan yağışlara səbəb olub. Normalda qarla örtülü olan və qarın yağdığı Alyaskada güclü yağış diqqət çəkib.

Alyaska İqlim Qiymətləndirilməsi və Siyasəti Mərkəzinin alimi Rik Toman vəziyyəti "gülünc" adlandıraraq, Kodiak adası icmasının bazar günü temperaturun 19,4 dərəcəyə çatdığını, dekabrda Alyaskada indiyə qədər qeydə alınan ən yüksək temperatur olduğunu qeyd edib.

Thoman, Kodiak hava limanında 18,3 dərəcə və Cold Bay Alyaska yarımadası icmasında rekord 16,6 dərəcə ölçdüyünü açıqlayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »