Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəxsi heyətinin 88 faizi koronavirusa qarşı peyvənd olunub
Şəxsi heyətinin 88 faizi koronavirusa qarşı peyvənd olunub

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

Polkovnik-leytenant bildirib ki, Müdafiə Nazirliyinin Səhiyyə Nazirliyi ilə birlikdə keçirdikləri tədbirlər nəticəsində ordunun şəxsi heyətinin 88 faizi "COVİD-19"a qarşı birinci doza peyvənd olunub.

"Azərbaycan Ordusu şəxsi heyətinin 72 faizi 2-ci dozanı, 8 faizi isə 3-cü dozanı qəbul edib.  Koronavirusa qarşı effektiv tədbirlər görmək üçün səyyar briqadalar yaradılıb. Mütəmadi hərbi hissə və bölmələrə olan həkim briqadaları  həbçilər arasında virusun yayılmasının qarşısını almaq üçün çalışırlar", - deyə o qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »