Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya NATO-nun Gürcüstana gəlişini “qırmızı xətt” adlandırıb
Rusiya NATO-nun Gürcüstana gəlişini “qırmızı xətt” adlandırıb

"NATO-nun zərbə sistemlərinin Gürcüstan ərazisində yerləşdirilməsi təhlükəsizliyə birbaşa təhdid olduğu üçün Rusiya bunu “qırmızı xətt” olaraq dəyərləndirəcək.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "RİA Novosti"yə müsahibəsində deyib.

O vurğulayıb ki, Moskva ölkələr arasında diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Tbilisi ilə dinc yanaşı yaşama və bərabərhüquqlu əməkdaşlığa tərəfdardır:

“Gürcüstanın NATO-ya daxil olması və onun ərazisində zərbə silahı sistemlərinin yerləşdirilməsi bizim üçün qırmızı xətlərdir. Çünki bu cür hərəkətlər Cənubi Qafqazda qüvvələrin hərbi-siyasi balansını kökündən dəyişəcək və Rusiyanın təhlükəsizliyinə, onun regiondakı müttəfiqlərinə bilavasitə təhdid yaradacaq”, - deyə Rudenko bildirib.

Dekabrın 17-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi NATO və ABŞ ilə saziş layihələrini dərc edib. Sənədlər, xüsusən, alyansın şərq istiqamətində daha da genişlənməsini və keçmiş SSRİ ölkələrinin ona daxil olmasını istisna edir. Layihə həm də alyansın Ukrayna, Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyada istənilən hərbi fəaliyyətindən imtina etməyi nəzərdə tutur.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »