Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreşdən Yeni İl müraciəti: Bunlar əxlaq və real həyat sınaqlarıdır
Quterreşdən Yeni İl müraciəti: Bunlar əxlaq və real həyat sınaqlarıdır

Dünya 2022-ci ili gələcəyə olan ümidlərimizin sınağa çəkildiyi bir dönəmdə qarşılayır. Yoxsulluq artır və bərabərsizlik daha da dərinləşir.

Bizimyol.info xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin Yeni İl münasibətilə müraciət edib.

COVID-19 əleyhinə peyvəndlər qeyri-bərabər paylanır. İqlimlə bağlı öhdəliklər yerinə yetirilmir. Münaqişələr, parçalanma və yanlış məlumatların yayılması hələ də davam edir. Bunlar təkcə siyasətlə bağlı sınaqlar deyil. Bunlar əxlaq və real həyat sınaqlarıdır. Və bunlar bəşəriyyətin aşa biləcəyi sınaqlardır - əgər 2022-ci ili hər kəs üçün bərpa ili edə bilsək.

Hər yerdə hər kəsi peyvənd etmək üçün ciddi bir planla pandemiyadan bərpa olunmaqla.

Varlı ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə, sərmayə və borcların azaldılması ilə bağlı yardımı ilə iqtisadiyyatımızı bərpa etməklə.

Elmə, faktlara və məntiqə əsaslanan yeni yanaşma ilə inamsızlığa və bölücülüyə son qoymaqla. Dialoq, güzəşt və barış ruhunun yenilənməsi ilə münaqişələrin fəsadlarını aradan qaldırmaqla. Habelə iqlim böhranının miqyası və aktuallığına uyğun öhdəliklər götürməklə planetimizi bərpa etməklə.

Böyük çətinliklər həm də böyük fürsətlər zamanıdır. Həmrəy olub bir araya gəlmək üçün. Hər kəsə faydalı olacaq həll yolları naminə birləşmək üçün. Bəşəriyyətin əldə edə biləcəyi nailiyyətlərə ümid edərək, birlikdə irəliyə getmək üçün. Gəlin bərpa prosesini 2022-ci ilin əsas məqsədi elan edək.

İnsanlarımız, planetimiz və firavanlığımız üçün.

Hamınıza xoşbəxt və dinc Yeni il arzulayıram.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »