Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda qoyun görmək hansı anlamı verir - Yuxuyozma
Yuxuda qoyun görmək hansı anlamı verir - Yuxuyozma

Bəzən həyatın stresindən yorulub, saatlarla yatmaq, heç olmasa yuxularda xoşbəxt olmaq istəyirik. Yuxular bizim real həyatla olan əlaqəmizin fasilə müddətidir. Bir neçə saatlıq müddətdə başqa dünyada oluruq. Fərqindəsinizmi, bəzən o qədər gözəl bir yuxu görürük ki, oyanmaq istəmirik. Bəzən isə, elə bir dəhşətli yuxu görürük ki, oyanmaq istəsək də, sanki nəsə isə güclü bir qüvvə boğazımızdan tutub bizi oyanmağa qoymur.

Yuxularımız həm də, bizim həyatımızın əksidir. Yəni nə yaşasaq, yuxularımızda özünü əks etdirir. Bəzən isə, heç düşünmədiyimiz yuxuları görürük. Məsələn; müxtəlif heyvanları. Yuxuda it, pişik, dana və s. görə bilərik. Amma bu yuxuların fərqli mənaları var.

Məsələn; xalq arasında yuxuda qoyun görmək, ölüm kimi yozulur.

Bəzi yuxu yozanların fikrincə; qoyun görmək, bərəkət və bolluq içində yaşayacağınıza, nemətə və işlərin istədiyiniz kimi gedəcəyinə yozulur.

Yuxuda qoyun görmək eyni zamanda şərəfli biri ilə tanış olacağınıza, xeyirli övlada və bərəkətli mala da işarə edir. Kirmani deyirdi ki, yuxuda sağlam qoyun görmək xoşbəxtliyə, xəstə qoyun isə atılacaq səhv addıma işarədir.

Yuxuda qoyun almaq

Bu yuxu, zənginliyə və bərəkətə işarədir. Yuxu sahibi, arzusuna çatar və mirasa sahib olar. Yuxuda qoyun almaq ucuzluğun işarəsidir.

Yuxuda qoyun əti görmək

Qoyun əti, halal mala və gözəl keçmişə işarədir. Yuxuda ət yemək böyük xeyrin əlamətidir. Bəəzn də yuxuda təmiz və sağlam qoyun görmək, uğur və yaxşı qismətə yozulur.

Yuxuda qoyun sağmaq

Yuxuda qoyun sağmaq, ruzi və bərəkətə işarədir. Yuxuda qoyun sağan şəxs, həmin ili çox gözəl keçirəcək.

Yuxuda qoyun tapmaq

Yuxuda qoyun tapdığını görən şəxsin əlinə mal keçəcək. Yuxuda qoyun tapdığını görən şəxs rəhbərlik, var-dövlət, höküm vermək, hakimiyyətə işarədir.

Yuxuda qoyun kəsmək

Yuxuda qoyun kəsib yemək, muradına çatmaq deməkdir.

  • Yuxuda qoyun otarmaq, yaxşı xəbərə işarədir.
  • Qoyunu bağlamaq, tutmaq, üstünə minmək, almaq, qoyunun doğduğunu görmək, məqsədə çatmağa və xeyirli qismətə işarədir.
  • Yuxuda qoyun sürüsü görmək, sevinc və səadətə işarədir. Qoyun sürüsü görmək ucuzluq, bərəkət və ailəyə yozulur.
  • Yuxuda qoyunla danışmaq, zəngin bir qadınla səfər çıxmağa işarədir.
  • Ağ qoyun varlı qadına, qoç hamilə qadına işarədir. Qoyunun arxasınca getmək, uğurlu bir iş arxasınca getməyin xəbərçisidir.
  • Yuxuda kirli qoyun görmək, pis bir insan işarədir. Diqqətli olun.
  • Hamilə qadının yuxuda quzu görməsi, oğlan uşağının dünyaya gələcəyinə yozulur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »