Braziliyanın şimal-şərqindəki Bahia əyalətində leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 21-ə, fövqəladə vəziyyət elan edilən şəhərlərin sayı isə 136-ya yüksəlib.
Bizimyol.info xəbər verir ki, Dövlət Mülki Müdafiə və Mühafizə Nəzarəti tərəfindən verilən açıqlamada, bölgədə noyabr ayından bəri davam edən yağışların yaratdığı sel sularının yaşayış məskənlərini basması nəticəsində ölənlərin sayının 21-ə yüksəldiyi bildirilib.
Açıqlamada seldə evini itirənlərin sayının 34 min 163-ə, təxliyə edilənlərin sayının 42 min 929-a, seldən zərər görənlərin sayının isə 471 min 786-ya yüksəldiyi bildirilib.
15 milyondan çox əhalisi olan əyalətdə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilən şəhərlərin sayı 136-ya yüksəlib.
Bahia əyalətinin qubernatoru Rui Kosta, təbii fəlakətin və Kovid-19-un eyni anda əyalətə təsir etdiyini və cənubdakı bəzi şəhərlərdə bütün dərmanların və peyvəndlərin istifadəyə yararsız hala düşdüyünü söyləyib.
Əyalətdə yağan leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətində 37 şəhərin tamamilə su altında qaldığı açıqlanıb.
Bizimyol.info